Sizin reklam burada

Nurlan İbrahimovun məsələsi üç ay çəkə bilər

Title
Nurlan İbrahimovun məsələsi üç ay çəkə bilər

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov Vətən müharibəsinin gedişində “feysbuk”da Bərdədə başverənlərlə bağlı paylaşdığı posta görə UEFA tərəfindən futboldan uzaqlaşdırılıb.

"Futbol+" xəbər verir ki, ağdamlılar da Avropanın ali futbol qurumu tərəfindən 100 min avro cəzalandırılıb. Həm Nurlan İbrahimov, həm də klub apellyasiya məhkəməsinə müraciət edib. Lakin UEFA “köhlən atlar”ın sözçüsünün şikayətini təmin etməyib. Belədə İbrahimov vəkili ilə birgə İdman Abritaj Məhkəməsinə (CAS) müraciət edib.

Məsələnin hazırda hansı müstəvidə olduğunu aydınlaşdırmaq üçün İbrahimovun vəkili Fərid Haqverdiyevlə əlaqə saxladıq:

“Prosesdə gecikmə yoxdu. Avropada Milad bayramı idi. Bu səbəbdən də bir müddət tətilə çıxmışdılar. İdman Abritaj Məhkəməsi tam gücü ilə işləmirdi. Müəyyən proseslərin baş vermə ardıcıllığı var. Şikayət təqdim olundu, ətraflı məlumat almaq üçün vaxt verilir. Bunlar təqdim olunandan sonra qarşı tərəf də öz mövqeyini bildirir. Yəni ümumilikdə bütün proses 3 aya kimi çəkə bilər. Beləliklə, heç bir gecikmədən söhbət gedə bilməz. UEFA-dakı prosedurlara nisbətən CAS-da bu işlər gec həll olunur. Hələ bu işə baxan heyətin seçilməsi də ayrıca vaxt alır. Yəni hər şey qaydalara uyğun davam edir. Hansısa yenilik olan kimi ictimaiyyətə ətraflı məlumat veriləcək”.


İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.