Sizin reklam burada

“Qarabağ”ın apellyasiya şikayətinin detalları incələnir

Title
“Qarabağ”ın apellyasiya şikayətinin detalları incələnir

“Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun məlum paylaşımına görə UEFA tərəfindən 100 min avro cərimələndiyini bilirsiz.

"Futbol+" xəbər verir ki, klub qərarın dəyişdirilməsi üçün apellyasiya şikayəti versə də, məsələyə hələ də baxılmayıb. Son yeniliklərdən xəbərdar olmaq üçün “Qarabağ”ın hüquqşunası Qayə Qürur Günala müraciət etdik:

“Hələ ki dəyişiklik yoxdu. Məsələnin uzaması xeyrimizədi. Cəriməni ləğv etmək istəməsəydilər, qısa zamanda qərar verərdilər. Yəni məsələ hələ də araşdırılır. Hər xırda detal incələnir. Bu, məhkəməni udmaq ehtimalını artıran durumdu. Şikayəti asanlıqla rədd etsəydilər, uzatmazdılar. Qərar qəbul olunar və cərimənin ödənilməsini tələb edərdilər”.


İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.