Sizin reklam burada

Qəhrəman Əliyev Masallıda özəl klinikadadı

Müəllif: football Tarix: 14-01-2021, 10:30 178 Baxış
Qəhrəman Əliyev Masallıda özəl klinikadadı

Futbol mütəxəssisi, bir çox komandanın “sükanı arxasında” olmuş Qəhrəman Əliyevin koronavirusa yoluxduğunu bilirsiz.

"Futbol+" xəbər verir ki, bir müddət Masallıda müalicə alan Əliyev sonradan vəziyyəti ağırlaşdığına görə Bakıya gətirilib, burda xəstəxanaya yerləşdirilmişdi. Lakin səhhəti ilə bağlı yenidən problem yaranan və vəziyyəti daha da ağırlaşan mütəxəssis həkimlərin məsləhəti ilə Masallıya qayıtdı. Hazırda o, doğma şəhərdə müalicə alır. O Masallıda ki, vaxtilə “Viləş”lə nəfəs alırdı.

Dünən Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevlə əlaqə saxlayıb, Əliyevin son vəziyyətini öyrəndik. Onun sözlərinə görə, mütəxəssisin durumunda dəyişiklik var:

“Əslində onun vəziyyətində yaxşılığa doğru dəyişiklik var. Bəzən gözünü açır, baxır, amma tanımır. Yeni-yeni su içməyə başlayıb. Əvvəlki kimi deyil, bir az düzəlib. Təxminən iki-üç aya yaxşılaşacağı bildirilir. Masallıdakı özəl klinikaların birində müalicə alır”.


AYGÜL
SON XƏBƏRLƏR