Azərbaycan Premyer Liqasında çıxış edən hər bir kluba 25 (iyirmi beş), Birinci Divizionda mübarizə aparan hər kluba isə 10 (on) ədəd top verilib. “Futbol+” xəbər verir ki, bu, assosiasiya ilə "Nike" şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində reallaşıb.
Xatırladaq ki, mövcud əməkdaşlıq çərçivəsində 2019/2020-ci il mövsümündə və cari mövsüm ərəfəsində də Premyer Liqa klublarına "Nike" topları təqdim olunmuşdu