Sizin reklam burada

“Qarabağ” teleyayından 500 min avro qazanıb

Baxış Sayı:72

“Qarabağ” teleyayından 500 min avro qazanıb

2020/21 mövsümündə avrokubokların qrupunda iştirak edən klubların teleyayından əldə etdikləri məbləğ açıqlanıb.

Sport.blic.rs saytının məlumatına görə, “Qarabağ” Avropa Liqasında büdcəsinə 500 min avro gəlir əldə edib. Təmsilçimiz bu baxımdan həmin turnirin qrupundakı digər 47 iştirakçıdan yalnız dördündən (“Slovan” – 450 min, Sofiya ÇSKA-sı – 420 min, “Riyeka” – 250 min, “Srvena Zvezda” – 80 min) çox qazanıb. Avropa Liqası iştirakçıları arasında televiziya yayınından ən çox gəlir əldə edənlər “Tottenhem”(167 milyon), “Arsenal" (164 milyon) və “Lester”di (140 milyon).

Qeyd edək ki, Avropa Liqasının İ qrupunda “Vilyarreal”, “Makkabi” (Təl-Əviv) və “Sivasspor”la mübarizə aparan “Qarabağ” 1 xalla sonuncu pillədə qərarlaşıb. UEFA Azərbaycanda hərbi vəziyyətlə əlaqədar oyunlar keçirməyə icazə vermədiyinə görə ağdamlılar rəqiblərini İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda qəbul edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR