Abdullah Zubir Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirib. ”Futbol+” xəbər verir ki, “Qarabağ”ın üzvü “İnstagram”da İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən ona verilmiş plaketlə birlikdə fotosunu paylaşıb.
Fransalı oyunçu mükafat almasını şərh edib:
“Ardıcıl ikinci dəfə ən yaxşı futbolçu seçildiyim üçün xoşbəxtəm".
Qeyd edək ki, Abdullah Zubir İAM-ın sorğusuna əsasən, 2019/20 mövsümünün ən yaxşı futbolçusu, 2019-cu ildə isə ilin legioner oyunçusu seçilib.