Sizin reklam burada

Holdinqlərdən biri premyer-liqaya sponsorluq etmək istəyir

Baxış Sayı:95



2012-ci ildən 2019-a qədər premyer-liqanın sponsoru olan “Topaz” əməkdaşlıqdan imtina edəndən sonra PFL ölkə çempionatını sponsorsuz təşkil edir.

Bu aralıqda bəzi şirkətlər, müəyyən holdinqlər Azərbaycan çempionatının sponsoru olmaq niyyəti ilə Ramin Musayevin rəhbəri olduğu quruma müraciət etsə də, PFL prezidenti əlində olan “məhsul”u dəyərdən salmamaq üçün ucuz təkliflərə “yox” cavabı verib.

Bugünlərdə əldə etdiyimiz məlumata görə, yeni şirkət premyer-liqanın sponsoru olmaq üçün PFL-ə “elçi düşüb”. Mənbəmizin sözlərinə inansaq, yeni tərəfdaşın təklif etdiyi şərtlər Musayevi razı salır, sadəcə, PFL prezidenti bir qədər düşünməyi lazım bilib.

Söylənilənlərə aydınlıq gətirmək üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq: “Dedyiniz məsələ ilə bağlı Ramin müəllimlə danışdım. Konkret cavab vermədi. Onun dediklərini olduğu kimi diqqətinizə çatdırıram: “hazırda mövsümün ortasıdı, bununla bağlı bizdə rəsmi qərar yoxdu. Ortada nəsə olsa, ictimaiyyətə məlumat veriləcək. Bu üzdən sizə konkret nəsə deyə bilməyəcəm”.
PFL prezidenti və qurumun mətbuat katibi dəqiq nəsə söyləməsə də, əldə etdiyimiz bilgiyə görə, ölkənin üzdə olan holdinqlərindən biri premyer-liqaya sponsorluq fikirinə düşüb. Sadəcə, indiki məqamda, daha dəqiq desək, danışıq mərhələsində əsas müzakirə mövzusu əməkdaşlıq çərçivəsində ayrılacaq məbləğdi. Musayev heç bir halda “məhsul”unu ucuz satmaq fikrində deyil.

RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR