• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

“Neftçi” 2021-ə qələbə ilə başladı

12 yan, 21 - 21:30274



“Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirdi. Flaqman yanvarın 10-da əzəli rəqiblərindən "Kəpəz”lə qarşılaşdı.

"Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan qarşılaşma “ağ-qaralar”ın rəsmi internet kanalı vasitəsi ilə canlı yayınlandı. Yoxlama xarakterli matçda “Neftçi” bütün futbolçularını sınadı. “Kəpəz” isə 1-ci divizionda çıxış etdiyi heyətlə meydanda oldu.

"Neftçi”: 30. Aqil Məmmədov, 4. Rener Alves, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 17. Bruno Teluşi, 20. Mərt Çelik, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 56. Elton Əlibəyli, 72. Emin Zamanov, 91.Tallison Dias.

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 3. Mamadu Mboc, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 10. Saman Nərimancahan, 19. Fəhmin Muradbəyli, 26. Ömər Buludov, 36. Mamadu Kane, 44. Seymur Əliyev, 70. Asim Əlizadə, 80. İsmayıl Zülfüqarlı.

“Kəpəz”: 1. Elməddin Sultanov, 4. Qaraxan Əliyev, 15. Nodar Məmmədov, 7. Ruslan Süleymanov, 17. Ümid Səmədov, 21. Novruz Məmmədov, 10. Əli Səmədov (k), 77. Samir Qurbanov, 14. Nicat Məmmədov, 9. Tural Qürbətov, 11. Elcan Rəhimov.

Ehtiyat oyunçular: 22. Pərvin Qafarov, 18. Röyal Əhmədov, 13. Sadiq Şəfiyev, 20. Orxan Abdullayev, 19. Fərid Məmmədov, 8. Zahid Mərdanov.

“Neftçi”nin ilk yoxlama oyunu gözlənilən qədər də asan keçmədi. Düzdü, Samir Abasov həyətdə kifayət qədər eksperiment etmişdi. Birinci divizion təmsilçisi də müdafiədə sıx oyunla diqqəti çəkirdi. İlk təhlükəli vəziyyəti “Neftçi” yaratdı. Gənc yarımmüdafiəçi Vüsal Əsgərov Mirabdulla Abbasovun ötürməsini dəqiq zərbə ilə tamamlaya bilmədi. “Kəpəz” bunun cavabını tezliklə verdi. 11-ci dəqiqədə gəncəlilərin yerinə yetirdiyi cərimə zərbəsinin qarşısını almaq Aqil Məmmədov üçün asan oldu. 17-ci dəqiqədə mərkəzdə top itirən “sarı-göylər”i Mirabdulla cəzalandıra bilərdi. Lakin əks-hücum zamanı Qaraxan Əliyev qaydanı pozdu. Oyunun hakimi Rauf Allahverdiyev futbolçunu sarı vərəqə ilə cəzalandırdı. Topun arxasında keçən Mirabdullanın zərbəsi “canlı sədd”i keçmədi. İlk yarı, demək olar ki, flaqmanın üstünlüyü şəraitində keçdi. Lakin gəncəlilərin qolkiperi və müdafiəçilər hesabın açılmasına imkan vermədilər.

Fasilədən sonra “Neftçi” meydana tam fərqli heyətlə çıxdı. Buna baxmayaraq, ikinci hissəyə “Kəpəz” daha istəkli başladı. İlk 10 dəqiqədə topa daha çox nəzarət edən tərəf məhz gəncəlilər oldu. Bundan sonra üstünlüyü Samir Abasovun yetirmələri ələ almağa başladı. 59-cu dəqiqədə sol cinahda qapıçını da keçən Namiq Ələsgərov topu Asim Əlizadəyə ötürdü. Sonuncunun zərbəsi qapının üstündən keçdi. 64-cü dəqiqədə Ələsgərov yenidən diqqət mərkəzinə düşdü. Onun cərimə zərbəsindən sonra qapıçı baxımlı qurtarışla yadda qaldı. Son 15 dəqiqədə “Neftçi” təşəbbüşü tam ələ almışdı. Namiq tez-tez “Kəpəz”in müdafiəçilərinə başağrı olurdu. O, 3-4 rəqibini geridə qoyduqdan sonra topu Krivotsyuka ötürdü. Müdafiəçi də öz növbəsində topu saxlamadan Nərimancahana yönəltdi. Sonuncunun zərbəsi dəqiq olmadı. “Neftçi” istəyinə 78-ci dəqiqədə çatdı. Namiq iki rəqibi arxada qoyaraq təxminən 28 metrdən topu “doqquzluğ”a göndərdi. Qoldan sonra “Kəpəz” təşəbbüsü ələ almağa çalışsa da, hesabı bərabərləşdirə bilmədi. Flaqmanın gənc futbolçularından Asim 87-ci dəqiqədə sağ cinahda 2 rəqibi geridə qoyub, qapıçı ilə üzbəüz qalsa da, zərbəsi dəqiq olmadı. Beləliklə, “Neftçi” divizion təmsilçisini çətinliklə üstələdi. Ümumilikdə isə matç gənc futbolçuları sınamaq baxımından bakılılar üçün faydalı oldu. Gəncəlilər isə yaxşı müdafiə olunaraq premyer-liqaya layiq olduğunu nümayış etdirdi. Yaşar Vahabzadə komandasını daha da gücləndirməlidi.

Samir Abasov "Kəpəz”lə oyundan sonra "Neftçi” TV-yə danışıb:

"Bu gün nəticə önəmli deyildi. Həm komanda, həm də fərdi olaraq futbolçulara tapşırıqlar verilmişdi. Əsas məqsəd futbolçuların həmin tapşırıqları yorğun halda nə dərəcədə yerinə yetirəcəklərini görmək idi. Həm razı, həm də narazı qaldığım məqamlar oldu. Yeri gəlmişkən, təklfimizi qəbul edib, bizə görə o qədər yol gəldikləri üçün "Kəpəz”in məşqçi heyətinə və rəhbərliyinə minnətdarıq”.


Təcrübəli mütəxəssis "Neftçi-2”dən cəlb olunan gənc futbolçulardan razı qalıb:

"Çox istəkliydilər. Səhvləri də başadüşüləndi. Həyəcanlıydılar, özlərini göstərmək istəyirdilər. Nəinki burda, məşqlərdə də onlar bizi razı salır”.


Abasov təlim-məşq toplanışı haqda da danışıb:

"Toplanış qaydasında davam edir. Heç bir problem yaşamamışıq. Sadəcə, Sabir Buqrin dünənki məşqdə yüngül zədə aldı deyə, bu gün yox idi. Bununla belə, toplanışdan və hazırlıq prosesində futbolçuların yerinə yetirdiklərindən razıyıq. Legionerlərin gec qoşulmasında heş bir problem yoxdu. Özümüz icazə vermişdik. Həmin müddətdə verdiyimiz proqramdan istifadə ediblər. Artıq fərdi yox, komanda şəklində məşq edirik”.


İLKİN SULTANLI

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
“Neftçi"nin Gürcüstana gedəcəyi vaxt bəlli oldu
backend
“Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim etdi
backend
PFL 136 medal paylayıb
backend
“Neftçi” “Qarabağ”ı taxtdan saldı
backend
Zaqatalalıların atmacası Sumqayıtda aranı qarışdırdı
backend
“Sabah-2” Binədə qələbəyə sevindi
backend
“Neftçi-2” “Zaqatala”nı “taxtdan saldı”
backend
“Neftçi” derbidə inamlı qələbə qazandı
backend
Çempion zirvəni təhvil verdi
backend
Namiqlə Mirabdulla “Neftçi”ni zirvəyə qaytardı
backend
800-cü ev qolu “Neftçi”yə 3 xal qazandırdı
backend
“Neftçilər” “dənizçilər”ə şans vermədi
backend
“Bakcell Arena”da futbol tamaşası
backend
"Neftçi"nin daha 2 üzvü qış toplanışına qoşuldu
backend
"Neftçi" "Kəpəz"i qəbul edəcək, matç canlı yayımlanacaq
backend
Mirabdulla komandasının xilaskarı rolunda
backend
“Sabah”ın “Neftçi” sindromu davam etdi, Namiq 150-də parladı
backend
“Kəpəz” “Qarabağ”ın gənclərinə də uduzdu
backend
“Qaradağ Lökbatan” turdan-tura geriləyir
backend
“Neftçi”yə bir qol bəs etdi
backend
MOİK heç-heçələri sıralayır
backend
“Neftçi” azlıqda da “Sabah”dan üstündü
backend
17 qol, 6 “qırmızı” və texniki məğlubiyyət
backend
“Neftçi” neftçilərin bayramını qələbəylə təbrik etdi
backend
“Sumqayıt” yenə “Neftçi”ni məyus etdi
backend
“Neftçi” 24, “Keşlə” 22 futbolçu sifariş etdi
backend
“Neftçi”də 29 nəfər medalına qovuşub
backend
İki flaqmanın duelini “Dinamo” qazandı
backend
"Qarabağ" və "Neftçi" siyahını açıqladı
backend
“Neftçi”nin üçhəftəlik toplanışı haqda düşüncələr
backend
"Neftçi" bir dəqiqə dözmədi
backend
“Ağ-qaralar” dumana düşdü
backend
Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən
backend
PFL mükafatçı klublar üçün 45 medal ayırıb
backend
“Neftçi” üç əskiklə hazırlaşır
backend
Karikari "Neftçi"yə qələbə qazandırdı
backend
“Neftçi” “Neftçi”ni darmadağın etdi
backend
Üç turdu təkrarlanan antirekord
backend
Premyer-liqadan da, diviziondan da üstün
backend
U-18 Bakıda yığışacaq

GÜNÜN XƏBƏRİ

backend
Milliyə çağırılan ilk qapıçı məlum oldu
22 may, 22 - 19:13320

XƏBƏR LENTİ

Lətif Novruzov: “UEFA Fuad Musayevə təklif etdi ki, sizə ya ofis binası tikək, ya da stadion...” - LAYİHƏ
23:3622 may
“Mbappe, sən nə idmançısan, nə də kişi”
23:0022 may
PFL ötən gün nə qədər medal paylayıb? - AÇIQLAMA
22:3522 may
Bölgə təmsilçisində “yarpaq tökümü” - ÖZƏL
22:1722 may
"Onların mənə çatmağına illər var, Rövşən bunu unutmasın" - ÖZƏL AÇIQLAMA
22:0122 may
Yazıcı “Lill”ə dönmək istəmir
21:4222 may
“Turan Tovuz” qapıçı ilə razılaşıb, gəncləri... - ÖZƏL
21:2722 may
Soçi mərhələsinin əvəzinə yarış olmayacaq
21:1022 may
“Los Anceles Qalaksi” ilə razılığa gəldi
20:5122 may
İsayev 3-cü oldu
20:2022 may
“Baş məşqçi seçimində qərarı tək mən vermirəm” – Oqtay Abdullayev
20:0822 may
“Zenit”dəki 7 illik karyerasını başa vurdu
19:4922 may
Bu futbolçu “Şamaxı”nı tərk edir - ÖZƏL
19:3122 may
Milliyə çağırılan ilk qapıçı məlum oldu – ÖZÜ AÇIQLADI
19:1322 may
“Şamaxı”nın yeni baş məşqçisi məlum oldu - ÖZƏL
19:0022 may
“Bu qədər əcnəbiyə şans verib, perspektivli gənclərimizi ofsaydda saxlayanda, təbii ki, qapıçı yetişməyəcək”
18:4622 may
Paytaxt klubunda 100-cü qolunu vurdu
18:2422 may
Mövsümün ən yaxşı gənc oyunçusu seçildi
18:0022 may
Premyer-liqanın mükafatlandırma mərasimində yaşanan maraqlı anlar - VİDEO
17:3322 may
Çempionlar Liqasında 8-ci dəfə çempion oldular
17:1822 may
Mbappe PSJ-də qaldı, Leonardoya isə qapı göstərildi!
16:1922 may
Ramin Quliyevin ölkə futbolu ilə maraqlanmaq üçün vaxtı yoxdu, görəsən vicdan əzabı çəkir?
16:1422 may
Eriksen hansı qərarı verəcək?
15:3622 may
“Arpaçay” da “Araz Naxçıvan”ın ədalətsizliyə yol verdiyini açıqladı - AÇIQLAMA
15:3622 may
Son 15 ildə ən zəif göstərici ilə yadda qaldı
14:5222 may
AFFA "Sabah"a güzəşt edib? - AÇIQLAMA
14:3322 may
Laos dünya rekorduna adını yazdı!
14:1622 may
"Qəbələ" üç futbolçu ilə müvaqilə müddətini uzatdı
13:5522 may
''Anadolu Efes'' tarix yazdı
13:4122 may
Şahruddin 100-ə çatdı
13:1822 may
Fariz Məmmədov "Motivator Azerbaijan"ın gözü ilə
12:5322 may
Orkun Kökçü Türkiyədə hansi kluba azarkeşlik edir?
12:2722 may
Çakır adını futbol tarixinə yazdıra bilmədi!
11:5922 may
Mahir Emreli mükafatlandırıldı
11:3222 may
“Mançester Siti”, yoxsa “Liverpul”? Qvardiola, yoxsa Klopp?
11:2122 may
Bakıda tanrı kimi yaşayan De Byazi, süniləşən meydanlarımız... - KÖŞƏ
11:0022 may
Qapıçını kim öldürüb?
10:3422 may
Millinin heyəti açıqlandı - SİYAHI
10:1922 may
Sərxoş Füridən növbəti qalmaqal
09:5822 may
Simeone məhkəməyə üz tutmağı düşünür
23:5721 may
Qeyri-təvazökar agent - YAZI
23:3121 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə