Sizin reklam burada

Fuad Musayev “Qaya”ya da kömək edirmiş

Baxış Sayı:103



Fuad Musayev yaşasaydı, dünən 83 yaşını tamamlayacaqdı. Daim gümrah, sağlam görünən Fuad müəllim 2017-nin iyununda qəfil dünyasını dəyişdi.

Bəlkə də xəstəlikdən əziyyət çəkirdi, amma onunla ünsiyyətdə olan, evinə gedib-gələn kimsə şikayətini eşitmədi. AFFA-nın ilk prezidenti ilə uzun müddət dostluq edən Boris Xetaqurov dünən “feysbuk” profilində onun doğum gününü xatırladıb. Çoxlarının “Allah rəhmət eləsin” deməklə yad etdiyi Musayev haqda yazılanlardan biri diqqətimizi çəkdi. Xalq artisti, 1979-2001-ci illərdə “Qaya” Dövlət ansamblının solisti olan Cavan Zeynallının fikirləri:

“Gözəl və ədalətli insan idi. “Neftçi”yə və “Qaya” ansamblına çox kömək edirdi. Ölkə xaricinə - Fransaya, Almaniyaya konsert verməyə, caz festivallarına göndərirdi”.


ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR