Sizin reklam burada

BOS-un mətbuat katibi dəyişib

Baxış Sayı:459



Bakı Olimpiya Stadionunda (BOS) yeni təyinat olub. Arenanın İctimaiyyətlə Əlaqələr şöbəsində dəyişiklik baş verib.

Fərid Əsədzadə bu şöbənin rəhbəri kimi çalışacaq. Bu xəbəri qəzetimizə açıqlamasında Fərid bəy özü verdi. O, 1 aya yaxındı bu vəzifəni icra etdiyini bildirdi:

“Bir müddət öncə Cəmilə Mehdiyeva şəxsi məsələlərə görə Bakı Olimpiya Stadionundakı işindən ayrıldı. Bundan sonra mən müvəqqəti onun səlahiyyətlərini icra edirdim. Rəhbərliyin qərarı ilə İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri təyin olundum. Ümid edirəm ki, mənə olan güvəni boşa çıxarmayacam”.


Qeyd edək ki, Fərid Əsədzadə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin menecment fakultəsinin məzunudu. O, Xəzər Universitetində Beynəlxalq İqtisadi Əlaqələr bölməsində magistr təsili alıb. Azərbaycanda və xaricdə 10-dan çox beynəlxalq gənclər layihəsinin, seminar və təlimlərinin iştirakçısı olub. BOS-un İctimaiyyətlə Əlaqələr şöbəsində 5 il mütəxəssis kimi fəaliyyət göstərib. Əlavə olaraq 1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, “Formula-1” üzrə Bakı “Qran-pri”sində və ölkəmizdə keçirilən başqa beynəlxalq tədbirlərdə də müxtəlif vəzifələrdə çalışıb.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR