Sizin reklam burada

BOS-da rennovativ işlər görülür

Baxış Sayı:82

BOS-da rennovativ işlər görülür


Artıq bir ilə yaxındı ölkəmizdə də həyatı dəyişən koronavirus futbola da təsirsiz ötüşmədi. Bu il klublar hazırlığı həmişə olduğu kimi xarici ölkələrdə yox, Azərbaycanda keçməli oldular. Artıq təlim-məşq toplanışına başlayan komandalar bir-biri ilə yoxlama oyunları da keçirirlər. Komandaların planlarının və çempionatın təqviminin dəyişməsi Bakı Olimpiya Stadionunun (BOS) da işinə təsir edir. Komandaların bəziləri məşqləri stadionun yardımçı meydanlarında keçirirdilər. İndi isə hər komanda öz meydanında məşq edir və yoxlama oyununa çıxır.

Bəs stadionda hansı işlər aparılır? Bu barədə BOS-un mətbuat xidmətindən məlumat aldıq. Fərid Əsədzadə ot örtüyü ilə bağlı kiçik dəyişikliklərin aparıldığını bildirdi:

"Hər il qış mövsümündə minimum 4, maksimum 6 həftə stadionun meydanları heç bir komandaya verilmirdi və bərpa işləri gedirdi. Burda söhbət ot örtüyünün dəyişməsindən getmir. Ot örtüyünün dəyişməsi tez-tez olan proses deyil. Burda, sadəcə, rennovativ işlər gedir. Bu, təkcə qış fasiləsində yox, ilin ortasında da ola bilər. Qışda bu prosesin keçirilməsi isə standartdı. İlboyu məşqlər keçirildiyi üçün biz bu vaxtlar ot örtüyünə istirahət veririk. Bu il isə pandemiya üzündən təqvim dəyişdi. Bu, bizim işimizə də təsir göstərdi. "Zirə", "Sabah" və "Qəbələ"nin məşqləri müntəzəm burda keçirilirdi. Ona görə də meydanlar çox yüklənmişdi. Bir sözlə, məcbur idik meydanlara istirahət verək və kiçik işlər aparaq. Qazon gübrələnir və rennovativ işlər aparılır. Komandaların meydanlara ehtiyacı daha çox olacaq, çünki çempionat həmişəkindən daha tez başlayacaq. Buna görə də bütün meydanları bağladıq və heç bir kluba vermədik. "Qəbələ" də eyni səbəbdən məşqlərini Qəbələdə keçməli oldu".


AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR