Xəbər verdiyimiz kimi, “Zirə”nin müdafiəçisi Cəlal Hüseynov “Benfika”nın maraq dairəsindədi.

"Futbol+" xəbər verir ki, Lissabon təmsilçisi azərbaycanlı futbolçunu baxışa dəvət edib. Lakin qəsəbə klubu hələ də Cəlalı Portuqaliyanın paytaxtına göndərə bilməyib. Buna səbəb onun viza ilə bağlı probleminin yaranmasıdı. Fransa səfirliyinə müdafiəçi üçün Şengen vizasının düzəldilməsinə görə müraciət olunub. Qurum məsələnin həll olunması üçün qaydalara uyğun davranır. Bu da səfirliyin xüsusi tələblərindən biridi. Məhz Şengen vizasının hazır olmamasına görə Hüseynov hələ də Portuqaliyaya gedə bilmir.

Əldə etdiyimiz məlumata görə, “Zirə” bu problemin həlli üçün bütün vasitələrə əl atıb. Lakin Fransa səfirliyi sənədin prosedura uyğun verilməsinin tərəfdarıdı. Səfirlik bu məsələdə “Zirə”yə qısa zamanda kömək etmək niyyətində deyil. Buna baxmayaraq, “qartallar”ın rəhbərliyi “Benfika” nümayəndələrini problemdən xəbərdar edib. Mənbəmizin məlumatına görə, Cəlalın problemi 10 gün ərzində həll olunacaq. Futbolçu mütləq şəkildə “Benfika”nın düşərgəsinə yollanacaq. Bu müddət fevralın əvvəlinə kimi uzansa belə, mərkəz müdafiəçisinin Lissabona getməsində problem yaşanmayacaq. Beləliklə, “qartallar”ın futbolçusunun “Benfika”ya baxışa yollanmasıyla bağlı heç bir problem olmamalıdı.

Bir çoxlarına maraqlı ola bilər ki, hansı səbəbdən Portuqaliyaya yollanan şəxs üçün Şengen vizasını Fransa səfirliyi verir? Məsələ burasındadı ki, pireneylilərin ölkəmizdə daimi nümayəndəliyi yoxdu. Həmçinin Niderland, Belçika, Lüksemburq, Norveç kimi Şengen sazişi ölkələrinin də Azərbaycanda səfirlikləri fəaliyyət göstərmir. Azərbaycan vətəndaşları adı çəkilən ölkələrə səfər etmək istəyəndə Fransa səfirliyinə müraciət etməlidi. Bu qayda Fransa, Niderland, Belçika, Lüksemburq, Norveç və Portuqaliya dövlətlərinin qarşılıqlı razılaşmalarına uyğun tətbiq olunur. Bu səbəbdən də “Zirə” Cəlal Hüseynovu “Benfika”nın düşərgəsinə göndərmək üçün Fransa səfirliyinə müraciət edib.

İLKİN SULTANLI

Son xəbərlər

"Qəbələ" Türkiyəyə yollandı

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm"

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Ozan Tufan rəsmən ''Hall Siti''nin oyunçusu oldu

Cüdoçularımızdan Avropa turnirin ilk günündə 5 medal

Tanınmış türkiyəli forvard 4-cü divizionda oynayacaq

Ayxan Abbasov komandanı Tovuza aparır

Bütün xəbərlər