Sizin reklam burada

"Sumqayıt" Almaniyadan 4 futbolçu xəbərini təkzib etdi

Baxış Sayı:101



Ötən sayımızda sosial şəbəkələrdə yayılan xəbərlərə istinadla “Sumqayıt”ın Almaniyanın 3-cü divizionunda top qovan 4 futbolçunun “milliləşdirmə” adı altında transfer edəcəyini yazmışdıq. Onu da bildirmişdik ki, “Türkgücü Münhen”in şərəfini qoruyan və mərkəz müdafiəçisi mövqeyində çıxış edən Erol Halkan, “Çvikkau”nun sol cinah müdafiəçisi Can Coşkun, “İnqolştadt”ın hücumçusu Fatif Kaya və “Yurdingen”nin forvardı Muhammed Kiprit “kimyaçılar”ın maraq dairəsindədi.

Məsələ ilə bağlı dünən “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovun fikirlərini öyrənməyi lazım bildik. Rəşad bəy sosial şəbəkələrdə və mediada yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini söylədi:

“Sumqayıt”ın Almaniyadan 4 futbolçu dəvət etməsi xəbərini mən də sosail şəbəkələrdə və bəzi saytlarda oxudum. Ancaq sizə əminliklə deyirəm ki, belə söhbət yoxdu. Mənim üçün də maraqlıdı ki, belə xəbərlər hardan çıxır, nəyə əsaslanıb bu informasiyanı yayırlar?”


Sözügedən dörd futbolçunun “milliəşdirilməsinin” “Sumqayıt” Futbol Akademiyasının rəhbəri, hazırda Almaniyada olan Hakan Sünala həvalə olunduğu da bildirilir. Onunla da əlaqə saxlayıb, məsələyə münasibətini öyrəndik:

“Mən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edirəm. AFFA-nın seleksiyaçı-məşqçisi deyiləm ki, futbolçu axtarışına çıxım, kimlərisə Azərbaycan millisində oynamağa razı salım. Pandemiya səbəbindən qış tətilim bir qədər uzandı. İnşallah, bu ayın sonunda yenidən Sumqayıta qayıdıb işimə davam edəcəm. Mətbuatdan oxuduğum qədər artıq yoluxma sayında da azalma yaşanır. Ümid edirəm ki, 2021-ci ilin ilk aylarında aşağı yaş qruplarında da çempionat başlayacaq. Mənə nə klubdan, nə də AFFA-dan kluba, yığmalara yeni futbolçu axtarmaq tapşırığı verilib. Mətbuatda yazılanlar da düz deyil”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR