Sizin reklam burada

"Sumqayıt"dan 2 transfer birdən

Baxış Sayı:211

"Sumqayıt"dan 2 transfer birdən

Premyer-liqanın 2-ci dövrəsinə hazırlıqlarını davam etdirən "Sumqayıt" heyətini gücləndirib.

"Futbol+"-ə klubdan daxil olan məlumata görə, "kimyaçılar" 2 transfer birdən edib. Ayxan Abbasovun komandası İranın "Peykan" klubundan 2 futbolçunu rəngələrinə bağlayıb. Mərkəz müdafiəçisi Höccət Haqverdi və hücumçu Mehdi Şərifi "Sumqayıt"ın şərəfini qoruyacaq.

Hər iki futbolçu "Sumqayıt"la müqavilə imzalamaq üçün tezliklə ölkəmizə gələcəklər.

Qeyd edək ki, “Sumqayıt”a 2019-cu ilin yayında “Persepolis”dən keçən Mehdi Şərifi ötən mövsüm 16 matçda 5 qola imza atıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR