Sizin reklam burada

Pedro Enrike: "Qarabağ"da arzumu gerçəkləşdirdim"

Baxış Sayı:62


"Kayserispor"da çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike maraqlı açıqlama verib.

“Futbol+” xəbər verir ki, “Gaz.com”a açıqlama verən braziliyalı yarımmüdafiəçi Azərbaycanda çıxış etdiyi dönəmi də xatırlayıb. 31 yaşlı futbolçu Çempionlar Liqasındakı xatirələrindən bəhs edib:

"Turnirdəki ilk qolu vurmaqla arzuma çatdım. Ürəyim qırılmışdı, "Qarabağ"dan təklif gələn kimi müqavilə ilə məxsus olduğum Yunanıstanın PAOK klubunun prezidentinin məni göndərməsini xahiş etdim. Azərbaycanda çıxış etmək istəyim Çempionlar Liqasının qrupunda oynamaq arzusu ilə bağlı idi. Bu arzumu da gerçəkləşdirdim".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR