Qış fasiləsindən qayıdan premyer-liqa klubları artıq mövsümün qalan hissəsinin hazırlığına başlayıb. Futbol+ xəbər verir ki, növbəti turun oyunları yanvarın 21-də baş tutacaq. Elita təmsilçiləri hazırlıqla paralel heyətlə bağlı planlarını da həyata keçirir. Qış “transfer pəncərəsi” yanvarın 10-da açılacaq. Transfer əməliyyatlarına fevralın 10-da rəsmən son qoyulacaq. Təbii ki, klublar azad agent olan futbolçuları heyətinə qata biləcək.
NeftçiGələn: yoxdu
Gedənlər: Prins İbara (“Beerşot”, Belçika, icarə müqaviləsinə xitam verilib), Cabir Əmirli (“Sumqayıt”, icarə)
QarabağGələn: yoxdu
Gedən: Musa Qurbanlı (“Zirə”, icarə)
ZirəGələn: Musa Qurbanlı (“Qarabağ”, icarə)
Gedənlər: Kayo Rangel, Rəşad Eyyubov
SumqayıtGələn: Cabir Əmirli (“Neftçi”, icarə)
Gedən: yoxdu
QəbələGələn: yoxdu
Gedən: yoxdu
SəbailGələn: yoxdu
Gedənlər: Əli Sadıxov, Arsen Ağcabəyov ("Sabah", icarə müddəti bitib), Orxan Qurbanlı, Murad Qayalı, Elgün Nəbiyev
KeşləGələn: Anatole Abanq ("Şerif", Moldova), Nicat Qurbanov
Gedənlər: Şahrux Qadoyev, Artur Batista, Alvaro Tavareş
SabahGələnlər: Bəxtiyar Həsənalızadə, Arsen Ağcabəyov ("Səbail", icarədən qayıdıb)
Gedən: Yevgeni Koçuk