“Səbail” futbolçusu Elgün Nəbiyevlə yolları ayırıb."Futbol+" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onun Bakı təmsilçisi ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib.
“Səbail” Elgün Nəbiyevə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, klub 24 yaşlı yarıımüdafiəçini ötən ilin avqustu transfer etmişdi. Xatırladaq ki, “Səbail” Nəbiyevdən öncə Arsen Ağcabəyov, Orxan Qurbanlı, Murad Qayalı, Əli Sadıxov və Baxtiyar Rəhmani ilə də vidalaşmışdı.