Sizin reklam burada

Daha bir yarış təxirə salındı

Baxış Sayı:61



Cəbəllütariqdə keçirilməli olan qadın şahmatçılar arasında “Qran-Pri” təxirə salınıb.

"Futbol+" xəbər verir ki, FİDE-nin bu addımına səbəb həmin ölkədə koronavirus pandemiyasının yayılmasıdı. Son həftələrdə yoluxmaların artması üzündən ölkədə karantin elan edilib. Qadın millimizin lideri Günay Məmmədzadənin də qatılacağı yarışda iştirakçıların təhlükəsizliyi nəzərə alınıb.

Təşkilatçılar turniri şərtlər imkan verəcəyi halda fevralın sonuna qədər təxirə salıb. Yanvarın 17-29-u aralığında keçirilməli olan turnirdə 12 şahmatçı mübarizə aparmalıydı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR