De Byazi nə vaxt qayıdacaq?

Milli komandanın baş məşqçisi Canni De Byazi hazırda İtaliyadadı.
Futbol+ xəbər verir ki, fasilədən yararlanan mütəxəssis vətənində istirahət edir.
AFFA-dan verilən məlumata görə, De Byazi yanvarın 19-da Bakıya qayıtmalıdı. Premyer-liqanın növbəti turunun oyunlarının yanvarın 21-də keçiriləcəyini nəzərə alsaq, onun qarşılaşmaları stadiondan izləyəcəyini təxmin etmək olar.