Sizin reklam burada

Cüdoçularımız üçün sərt qaydalar

Baxış Sayı:65

Cüdoçularımız üçün sərt qaydalar


Yanvarın 11-13-də Qətərin paytaxtı Dohada cüdo üzrə “World Masters” turniri keçiriləcək.

"Futbol+" xəbər verir ki, mükafatlar uğrunda 7 təmsilçimiz mübarizə aparacaq: Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) və İrina Kindzerska (+78 kq). Tokio Olimpiadasına lisenziya xalları verəcək “World Masters”ə 70 ölkədən 400-dən çox cüdoçu qatılacaq.

Təşkilatçılar yarış iştirakçılarını koronavirusdan qorumaq üçün sərt qaydalar tətbiq edib. Belə ki, zalda maska taxmaq və məsafə saxlamaq məcburidi. Həmçinin idmançılara qarşılaşmalardan öncə və sonra bir-biriylə əllə görüşmək qadağan olunub. Bu qaydalara əməl etməyənlər turnirdən kənarlaşdırıla bilər. Qətər Cüdo Federasiyasının prezidenti Xəlid Həməd qonaqlar üçün bütün lazımi təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR