Sizin reklam burada

Saman Nərimancahan: "Keçmişə deyil, gələcəyə baxıram"

Title

“Neftçi”nin futbolçusu Saman Nərimancahan açıqlama verib.

"Futbol+" xəbər verir ki, klubun televiziyasına danışan iranlı yarımmüdafiəçi, daha yaxşı oyun sərgiləmək üçün çalışdığını deyib:

“Koronavirus pandemiyasına görə 1 ildir İrana gedə bilmirdim, bir az adam üçün çətin olur, ailəmi görmürdüm. Şükür, getdim hər kəsi gördüm və bunlar mənə yaxşı motivasiya olar. Hazırda liderik, istəyirik çempion olaraq azarkeşlərimizə hədiyyə verək.

Sosial şəbəkələrdə azarkeşlərin yazdıqlarını azdan-çoxdan izləyirəm. Onlar da çox vaxt düz deyə bilərlər. Öz növbəmdə mən də çalışıram ki, yaxşı oyun sərgiləyim. Bəzi şeylər var ki, adamın qarşısını alır. Ola bilər ki, bəzi şeylər sənin əlində olmasın. Mən keçmişə deyil, gələcəyə baxıram. Çalışıram ki, yaxşı oynayım, komandaya fayda verim”.


29 yaşlı futbolçu “Neftçi” ilə bu mövsüm Premyer Liqada 10 oyuna çıxıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.