Sizin reklam burada

Azərbaycan çempionatları tarixinin ən məhsuldar legionerləri

Baxış Sayı:72



Azərbaycan çempionatları tarixinin ən məhsuldar legioneri Georgi Adamiyadır.

"Futbol+" xəbər verir ki, gürcüstanlı futbolçunun hesabında 61 top var. Düzdür, onun həmyerlisi Badri Kvaratsxeliya daha çox qola imza atıb. Lakin 71 dəfə rəqib qapılarına yol tapan sonuncu milliləşdirilərək Azərbaycan yığmasının da şərəfini qoruyub.

Milli komandamızda oynamış Riçard Almeyda, Branimir Subaşic, Leandro Qomeş və Ruslan Qurbanovun da daxil edilmədiyi legioner bombardirlər cədvəlində Viktor İqbekoyi ikincidir. Nigeriyalı 50 qola sevinib. İlk “üçlüy”ü braziliyalı Reynaldo Silva qapayır. Cari mövsüm Premyer Liqada meydana çıxan əcnəbilərdən yalnız Filip Ozobiç ən məhsuldar 20 legioner arasında yer alıb. 33 qol vuran xorvatiyalı 14-cü yerə şərikdir.



1. Georgi Adamiya - 61

2. Viktor İqbekoyi - 50

3. Reynaldo Silva - 44

4. Baqali Dabo - 41

5-6. Junivan Suares - 40

Fernando Peres - 40

7-8. Bahodir Nasimov - 38

Nikolas Kanales - 38

9-10. Junior Nildo - 37

Yakuba Bamba - 37

11. Baçana Sxadadze - 36

12. Viktor Kulikov - 35

13. Əhməd Ticani - 34

14-15. Dani Kintana - 33

Filip Ozobiç - 33

16. Anatoli Doroş - 32

17. Flavinyo - 31

18. Valter Quqlemon - 30

19-20. Viktor Mendi - 29

Vladimir Mazyar - 29

Oxşar xəbərlər
SON XƏBƏRLƏR