Sizin reklam burada

“Kimyaçılar” “Kapital Bank Arena”nı “Dalğa”ya dəyişir

Title


Qış tətilini başa vuran “Sumqayıt” yanvarın 4-dən məşqlərə start verib.

Klubun mətbuat katibi Rəşad Məmmədov "Futbol+"ə verdiyi məlumata görə, “kimyaçılar” sabahdan “Kapital Arena”nı yığmaların Mərdəkandakı təlim-məşq bazası olan “Dalğa Arena”ya dəyişəcək:

“Komanda yanvarın 4-də təlim-məşq toplanışına başlayıb. Sabahdan (bu gündən) toplanış “Dalğa Arena”da davam edəcək. Baş məşqçi Ayxan Abbasov da sabah (bu gün) iş başında olacaq. Həkimlərin məsləhətinə görə Ayxan müəllim ilk üç məşqdə iştirak etmirdi. Rəhim Sadıxov, Mehdi Cənnətov, Murad Xaçıyev, fiziki hazırlıq üzrə məşqçimiz Jerar Merino Elqarrista və Adəm Həmati istirahət vaxtı ölkə xaricinə yollandığından toplanışa sabah qoşulacaqlar. Bu arada əvəzedici heyətdən və akademiyadan 4 gənc oyunçu əsas komandanın hazırlığına qoşulub. “Neftçi”dən icarəyə götürdüyümüz və mövsümün sonuna kimi “Sumqayıt”ın şərəfini qoruyacaq Cabir Əmirli də hazırlıqda iştirak edir. Zədəli futbolçularımızdan da xoş xəbər var. Belə ki, Əli Qurbani tam sağalıb və özünü yaxşı hiss edir. Süleyman Əhmədov da zədədən dönüb və kollektivlə birgədi”.

Toplanış dönəmində “kimyaçılar” iki yoxlama matçı keçirməyi planlaşdırır. Bunu da Məmmədov bildirdi:

“Komanda təlim-məşq toplanışında iki yoxlama görüşü keçirəcək. İlk matç yanvarın 10-da “Dalğa Arena”da baş tutacaq. Rəqib “Zirə” olacaq. Qəsəbə təmsilçisi ilə qarşılaşma saat 16.00-a təyin olunub. Yanvarın 14-də isə komanda “Kapital Bank Arena”da “Qəbələ” ilə üz-üzə gələcək. Bu görüşün başlama saatı isə dəqiqləşməyib”.

Əsas komandadan fərqli “Sumqayıt-2” bu gündən toplanışa başlayır. Zaur Hidayətovun çalışdırdığı komanda təlim-məşq toplanışını "Kapital Bank Arena"da keçəcək. "Sumqayıt-2" hazırlıq prosesi çərçivəsində dörd yoxlama oyununda qüvvəsini sınayacaq. “İkincilər” yanvarın 15-də "Qarabağ-2", 22-də "Neftçi-2", fevralın 4-də isə "Keşlə-2" ilə qarşılaşacaq. Dördüncü rəqibin adı yaxın günlərdə məlum olacaq.

Qış fasiləsində hücumçu axtarışına çıxan “kimyaçılar” hələ istəyinə çatmayıb. Rəhbərlik bu məqsədlə ölkə xaricində çıxış edən, əslən azərbycanlı olan bəzi futbolçularla danışıq aparır. Mənbəmiz onu da bildirdi ki, fasilə dönəmində klubdan ayrılanların da olacağı istisna olunmur. Tərəflər arasında razılıq əldə olunacağı halda, klub Adəm Həmati ilə yolları ayırmağı düşünür.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.