Sizin reklam burada

"Neftçi" üçün yeni əməkdaş

Title


"Neftçi”ni dəstəkləyən şirkətlər sırasına daha biri daxil olub.

"Futbol+" xəbər verir ki, klubla idman nəticələrinin təhlili ilə məşğul olan "Catapult” şirkəti arasında qarşılıqlı əməkdaşlıqla bağlı razılıq əldə edilib.

Tərəflər ikiillik müqaviləyə imza atıb. Razılaşmaya əsasən bu müddətdə "Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək.

Kluba məxsus "Neftçi TV” və sosial media səhifələrində "Catapult”un da loqosunun yer alacağı paylaşımlar ediləcək və başqa marketinq xidmətləri göstəriləcək. Mərkəzi Avstraliyanın Melburn şəhəri olan "Catapult”un əsası 2006-cı ildə qoyulub. Şirkət 137 ölkədə 39 idman növü üzrə 3 minə yaxın komandaya texnologiya təqdim edir.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.