Sizin reklam burada

"Xəstəlik məni çətin duruma saldı"

Title
"Neftçi"nin futbolçusu Mert Çelik klubun televiziyasına maraqlı açıqlama verib.

"Futbol+" xəbər verir ki, müdafiəçi tətili ailəsi birgə keçirtməsindən və koronavirusa yoluxdu anlar yaşadığı çətinliklərdən danışıb:

"Baş məşqçimiz bizə proqram vermişdi. Ona uyğun istirahət etdik. Tətil müddətində bacardığım qədər məşq etməyə çalışdım. Eyni zamanda dincəldim, ailəmlə çox gözəl vaxt keçirdim. Ümid edirəm ki, mövsümün ikinci hissəsində yaxşı çıxış edib, liderliyimizi qoruyacağıq.

Xəstəlik məni çətin duruma saldı. Hardasa 10-11 gün əziyyət çəkdim, zəiflədim. Şükürlər olsun, artıq özümə gəlmişəm. Ailəmi görmək də mənə müsbət təsir etdi".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.