Sizin reklam burada

"Neftçi"nin daha 2 üzvü qış toplanışına qoşuldu

Title

"Neftçi” təlim-məşq toplanışını davam etdirir.

"Futbol+" xəbər verir ki, komanda proqrama uyğun olaraq bu gün də bir məşqlə kifayətlənib.

Günortadan sonra "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində əsasən fiziki çalışmalar həyata keçirilib. Vətənindən dönən Mert Çelik və əvəzedici komandanın üzvü Emin Zamanov da bugünkü məşqə qoşulub.

Qeyd edək ki, "Neftçi” toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək. "Ağ-qaralar” yanvarın 10-u "Kəpəz”, 14-ü isə "Keşlə” ilə qarşılaşacaq. Gəncə təmsilçisi ilə matç saat 15:00-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq. "Keşlə” ilə oyunun saatı və məkanı haqda məlumat veriləcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.