Sizin reklam burada

"Səbail"də akademiyada böyük işlər görülür"

Title
"Səbail"də akademiyada böyük işlər görülür"


"2 il yarımdır Şamil ilə birlikdə işlədim və haqqında ancaq müsbət sözlər deyə bilərəm. Onun əsas keyfiyyətləri həm meydanda, həm də meydandan kənarda olan tərbiyəsi və intizamıdır. Mənim komandamda kapitan sarğısını daşıyırdı. Buna səbəb isə onun liderlik xüsusiyyətləridir".

Futbol+ xəbər verir ki, bu sözləri "Səbail"in U-19 komandasının baş məşqçisi Ruslan Qafitulin deyib. O, klubun rəsmi saytına açıqlamasında yetirməsi Şamil Cəfərovun əsas heyətə keçidini dəyərləndirib. Ruslan Qafitulin müdafiəçinin oyunu əla anladığını bildirib:

"Məğlub olmağa nifrət edir, heç bir epizodda məğlub olmaq istəmir. Müdafiəçi üçün bu çox vacib məqamdır. Özünün həm müsbət, həm də mənfi keyfiyyətlərini əla bilir. Biz mənfilər üzərində işləmişik. Əminəm ki, o bunlara diqqət etsə daha da inkişaf edəcək. Çox mübariz və soyuqqanlı futbolçudur, oyunu da əla anlayır. Futbola gec gəlməsinə baxmayaraq, peşəkar olmaq və inkişaf etmək istəyi ona çox kömək etdi. Mən onun üçün çox sevinirəm. Şadam ki komandamızın baş məşqçisi Aftandil Hacıyev onun istedadını dəyərləndirərək peşəkar müqavilə imzaladı. “Səbail”də akademiyada yetişən futbolçuların, əsas komandaya kömək etmələri üçün böyük işlər görülür".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.