Sizin reklam burada

"İnsanın arzu etdiyi uğura çatması üçün kiçik hədəfləri olmalıdı"

Title

"İlk olaraq, klub rəhbərliyinə və başda Ruslan müəllim olmaqla mənim üzərimdə əziyyəti olan bütün məşqçilərimə təşəkkürümü bildirirəm! Artıq peşəkar futbolçu kimi söyləmək istəyirəm ki, bu mənim üçün çox gözəl hissdir".

Futbol+ xəbər verir ki, bu sözləri "Səbail"in yeni istedadı Şamil Cəfərov deyib. 18 yaşlı müdafiəçi "dənizçilər"lə peşəkar müqavilə imzalamasını klubun rəsmi saytına şərh edib:

"İnsanın arzu etdiyi uğura çatması üçün kiçik hədəfləri olmalıdı. Bu da mənim hədəflərimdən biri idi. İnşallah daha çox əziyyət çəkib, böyük uğurlara imza atmağa çalışacam. Hazırki məqsədim bu qərarına görə, komandanı və baş məşqçimizi məyus etməməkdir".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.