Sizin reklam burada

Aftandil Hacıyev gənc futbolçusu haqda danışdı

Title

"Akademiyanı hər zaman yaxından izləyirik. 19 yaşlıların məşqçisi Ruslan Qafitulin bu il maraqlı komanda formalaşdırmışdı. Onların içindən Şamili bəyənib, əsas komandaya cəlb etdik".

Futbol+ xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib. Klubun rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis Şamil cəfərovun potensiallı futbolçu olduğunu bildirib:

"Onun bu gün əsas komanda ilə məşq etməsi, təcrübə qazanması üçün şansdır. Gələcəkdə özünü məşqlərdə göstərməsindən çox şey asılı olacaq. Biz məşqçilər olaraq, çalışırıq hər zaman belə gənc oyunçulara dəstək olaq. Bundan sonra əsas komanda ilə məşqlərdə iştirak etməsinin gələcək inkişafına müsbət təsir etməsi üçün çox çalışmalıdır. Şamil, potensialı olan futbolçudur. İnanırıq ki, gələcəkdə həm “Səbail”in əsas komandasında, həm də milli komandamızda möhkəmlənə biləcək".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.