Sizin reklam burada

"Qəbələ"nin futbolçusu İsrail klubunda

Title
"Qəbələ"nin futbolçusu İsrail klubunda


Ceyms Adeniyi karyerasını İsraildə davam etdirəcək.

"Futbol+" xəbər verir ki, 28 yaşlı hücumçu ilə "Hapoel" (Kiryat-Şimona) ilə razılıq əldə olunub.

Bu barədə məlumatı "sport5.co.il" saytı yayıb. Xəbərə görə, hazırda "Qəbələ" ilə İsrail təmsilçisi arasında müqavilənin son detalları müzakirə olunur. Nigeriyalı oyunçunun qısa zamanda İsrailə uçacağı və Kiryat-Şimona təmsilçisinə qoşulacağı bildirilib. Sözləşmənin detalları barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, 2019/2020 mövsümünü icarə əsasında "Hapoel"də keçirmiş Adeniyinin "Qəbələ" ilə sözləşməsinin müddəti bu mövsümün sonuna qədərdir.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.