"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Niderlandın "de volkskrant" nəşrinə açıqlama verib.“Futbol+” xəbər verir ki, 49 yaşlı mütəxəssis Ağdam təmsilçisinin tarixi barədə danışıb. Qurban Qurbanov “Köhlən atlar”ın sabiq kapitanı və baş məşqçisi Allahverdi Bağırovun Birinci Qarabağ müharibəsindəki şücaətindən bəhs edib:
"O, klubun simvolu və düşmənə qarşı mübarizənin liderlərindən idi. Həmçinin, yarımmüdafiəçimiz Qara Qarayev uşaq yaşlarında müharibə zorakılığından qaçmaq məcburiyyətində qalıb".
Təcrübəli mütəxəssis Ağdam təmsilçisini “Ayaks”la müqayisə edib:
"Müharibədən sonra "Qarabağ" azarkeşlərinin əksəriyyəti məcburi köçkün kimi ölkənin müxtəlif bölgələrində yaşayırlar. Bu səbəbdən də Bakıda matçlarımızda tribunalarda üç mindən çox azarkeşimiz olmur. Buna baxmayaraq, "Qarabağ" Azərbaycanın ən populyar klubudu. "Ayaks"ın vəziyyətində olmaq istərdik. Orada rəhbərlik idmanla siyasətin ayrı olduğunu deyə bilər. Bizdə isə bu, mümkün deyil".