Sizin reklam burada

Niderland mətbuatı "Qarabağ"dan yazdı

Title
Niderland mətbuatı "Qarabağ"dan yazdı


Niderlandın məşhur "de Volkskrant" nəşri "Qarabağ"dan reportaj hazırlayıb.

Futbol+ xəbər verir ki, yazıda “Köhlən atlar”ın təmsil etdiyi Ağdamın düşməndən azad edilməsi, "İmarət" stadionunun tamamilə dağıdılması, klubun doğma şəhərindən uzaqda olmasına baxmayaraq, uğurlu çıxışı qeyd edilib.

Eyni zamanda "Qarabağ"ın bazasında olan qəzetin əməkdaşı baş məşqçi Qurban Qurbanovdan  komandanın uğurlu çıxışı haqqında fikirlərini, "Qarabağ"ın təmsil etdiyi şəhərin işğaldan azad edilməsi və məşqç Müşfiq Hüseynovdan yenidən  "İmarət"də olması haqda duyğularını öyrənib.

Həmçinin yazıda "Qarabağ" "Qafqazın "Barselona"sı" kimi təqdim edilib.





Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.