Sizin reklam burada

"Qarabağ"ın məşqçisi: "Ağlamamaq üçün özümü güclə saxladım"

Title
"Qarabağ"ın məşqçisi: "Ağlamamaq üçün özümü güclə saxladım"


"Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov Niderland mətbuatına müsahibə verib.

“Futbol+” xəbər verir ki, “de Volkskrant" nəşrinin müxbiri bu günlərdə Bakıya gələrək "Qarabağ" klubunun bazasını ziyarət edib. Bu zaman o, ötən ay işğaldan azad olunan Ağdama səfər edən "Qarabağ" tarixinin ən yaxşı bombardiri və veteranı ilə də söhbət edib.

Müşfiq Hüseynov "İmarət" stadionuna səfəri barədə danışıb:

"Mən əvvəlcədən düşünürdüm ki, yenidən Ağdama qayıdanda xoşbəxt olacağam. Həmin an yetişəndə isə ağlamamaq üçün özümü güclə saxladım. Mən yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Doğma şəhərimə və "İmarət"ə qayıtmışdım. Mən bilmirəm, biz yaşayış və oynamaq üçün ora nə vaxt dönəcəyik. Çünki bölgədə çoxlu mina var, yeni stadion, məşq meydançası tikilməlidir. İndi orada hər şey dağıdılıb. Bizim "İmarət"dəki son oyunlarımızdan birində yaxınlıqdakı əraziyə raket düşmüşdü. Xatırlayıram ki, o vaxt rəqib komanda qorunmaq üçün yerə uzanmışdı".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.