İngiltərəli əfsanəvi futbolçusu Kolin Bell dünyasını dəyişib. "Futbol+" xəbər verir ki, "Mançester Siti"nin sabiq yarımmüdafiəçisi 74 yaşında vəfat edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bir müddət öncə səhhəti pisləşən İngiltərə millisinin heyətində Avropa çempionatının bürünc medalını qazanmış futbolçunun xəstəxanada öldüyü bildirilib. Onun ailəsinə və sevənlərinə başsağlığı verilib.
Qeyd edək ki, yarımmüdafiəçi 1966-1979-cu illər aralığında “Mançester Siti” formasıyla meydana çıxdığı 492 qarşılaşmada 152 qola imza atıb. O, İngiltərə yığmasında da 48 oyun keçirib.