Sizin reklam burada

"Qəbələ" başladı

Title
"Qəbələ" başladı

“Qəbələ” 2020/21 mövsümünün ikinci hissəsinin hazırlıqlarına start verib.

"Futbol+" xəbər verir ki, Azərbaycan Premyer Liqasının 13-cüI turunun 2020-ci il dekabrın 24-də “Səbail”ə qarşı keçirilən oyunundan (3:1) sonra istirahətə buraxılan “qırmızı-qaralar” ötən günün ikinci yarısında bir araya gəlib.

Komanda hazırlığa Qəbələdə başlayıb. Elmar Baxşıyevin kollektivi toplanışın ilk günündə bir məşqlə kifayətlənib. Hazırlıq prosesi yüngül məşqdən ibarət olub. “Qırmızı-qaralar” bu gün iki məşq edəcək.

Xatırladaq ki, yanvarın 13-dək Qəbələdə məşq edəcək komanda hazırlığını Bakıda tamamlayacaq. “Qırmızı-qaralar” yanvarın 14-də “Sumqayıt”la yoxlama oyununda qüvvəsini sınayacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.