Sizin reklam burada

“Heç kim unutmasın ki, bu komanda mənim adımla bağlıdı”

Title

Nadir Qasımov “Şuşa-Qarabağ”ı bərpa etmək istəyir
AFFA-nın işğaldan azad olunan bölgələrdə yeni futbol komandaları yaratmaq istəyindən xəbəriniz var. Bu haqda ötən saylarımızın birində məlumat vermişdik. Plana əsasən Qarabağ bölgəsinin ürəyi Şuşanın da öz təmsilçisi olacaq. Xatırlayırsızsa, bir ara aşağı dəstədə Nadir Qasımovun çalışdırdığı “Şuşa-Qarabağ” adlı komanda mübarizə aparırdı. Əsası 2009-cu ildə qoyulan klub 2016-da maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Dünən redaksiyamızla əlaqə saxlayan Nadir bəy yenidən klubu bəpa etmək niyyətində olduğunu bildirdi: “Şuşa-Qarabağ”ın həm təsisçisi, həm prezidenti, həm də baş məşqçisi olmuşam. Bu gün də kluba aid bütün sənədlər məndədi. Məsələ ilə bağlı PFL-in prezdenti Ramin Musayev və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ilə telefonla danışıb, istəyimi onlara bildirmişəm. Eşitdiyimə görə, bəzi insanlar ortaya düşərək komandaya sahib çıxmaq istəyir. Ancaq heç kim unutmasın ki, bu komanda mənim adımla bağlıdı. İstəyirəm komandanı əvvəki kimi özüm çalışdırım. Mənə dedilər ki, bu məsələ gələn ay keçiriləcək İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Ondan sonra komanda ilə bağlı qərar veriləcək. Elxan müəllim onu da bildirdi ki, Şuşada yeni stadion tikilənə qədər komanda Bakıda məskunlaşacaq, bir il sonra isə bölgəyə köçəcək. Çox gözəl fikirdi. Mən Mingəçevirdə, Yevlaxda işləmişəm. Yəni demək istəyirəm ki, bölgədə çalışmaq mənim üçün çətin deyil. Əməkdar məşqçiyəm, niyə kənarda qalım? Çox istərdim Şuşa futbolunun inkişafında mənim də əməyim olsun. Mingəçevirdə çalışdığım dönəmdə yerli uşaqların üzə çıxmasında, “Avtomobilçi”də oynamasında xıdmətim olub. Bunu onların özlərindən də soruşa bilərlər. “Şuşa-Qarabağ” fəaliyyət göstərdiyi dönəmdə hər il bir-iki yetirməmiz premyer-liqa klubuna keçib, aşağı yaş qrupu üzrə yığmalarda futbolçularımız oynayıb. Bunu indi də edə bilərik. Onsuz da bu komandanı ilk ildə elitaya buraxmayacaqlar. Region Liqasında, ən yaxşı halda isə birinci divizionda oynayacaq. Həmin müddətdə həm gəncləri cəlb edə bilərik, həm də işsiz məşqçilərin bəzilərini işlə təmin etmək olar. Klubun aşağı yaş qruplarını da formalaşdırmaq istəyirəm. İlkin addım kimi üç yaş qrupunun olmasını planlaşdırmışam. Orda da mütəxəssislərə iş olacaq. Təbii ki, bu məsələdə son söz AFFA-ya məxsusdu. Amma məni yaddan çıxarmasınlar”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.