AFFA-nın inzibati binasında U-15, U-16, Bakcell U-17, Gənclər, qızlar arasında UNICEF U-16 və Yüksək Liqasının 2019/20 mövsümünün qaliblərinə kubok və medallar təqdim olunub. AFFA İcraiyyə Komitəsinin 22 may 2020-ci il tarixli qərarına əsasən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən yuxarıda qeyd olunan liqalarda mövsüm başa çatdırılıb, mövcud vəziyyətdə birinci pillədə olan aşağıdakı komandalar liqaların qalibləri elan olunub:
U-15 Liqa – Qəbələ
U-16 Liqa –Sabah
Bakcell U-17 Liqa – Qəbələ
Gənclər Liqası – Qəbələ
Qızlar Liqası
UNİCEF U-16 Liqa – 8 saylı İOEUGİM (Bakı)
Yüksək Liqa – 8 saylı İOEUGİM (Bakı)