Sizin reklam burada

“Qarabağ” möhtəşəm geridönüş etdi

Baxış Sayı:114


52. Qarabağ (Ağdam) – Zirə 3:2 (0:1)
1. Şahruddin Məhəmmədəliyev – 5,5
77. Vild-Donald Gerye – 5,0
(9. Xayme Romero, 80) – qiymətsiz
55. Bədavi Hüseynov – 5,0
81. Kevin Medina – 5,5
5. Maksim Medvedev (k) – 5,5
2. Qara Qarayev – 6,0
6. Patrik Andrade – 5,5
(18. İsmayıl İbrahimli, 55) – 6,5
10. Abdullah Zubir – 5,5
19. Filip Ozobiç – 5,5
27. Toral Bayramov – 5,5
(7. Ovusu Kvabena, 58) – 6,0
11. Mahir Emreli – 6,0
Ehtiyat oyunçular
12. Emil Balayev
94. Ayhan Arazlı
4. Rahil Məmmədov
8. Uroş Matiç
21. Rauf Hüseynli
22. Musa Qurbanlı
29. Zamiq Əliyev
66. Cavid Bayramov
99. Hüseyn Hüseynzadə
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: İsmayıl İbrahimli
1. Mateus Albino – 5,0
32. Qismət Alıyev – 5,5
12. Lazar Corceviç – 5,0
44. Dmitrios Çantakias – 5,0
21. Hacıağa Hacılı – 4,5
2. Sərtan Taşkın – 5,5
(91. Ruslan Qurbanov, 66) – 4,5
8. İlkin Muradov – 6,0
(77. Cəlal Hüseynov, 77) – 4,5
4. Elvin Camalov – 5,0
30. Riçard Almeyda – 5,5
11. Klesio Bauk – 5,0
10. Ağabala Ramazanov (k) – 5,5
(9. Davit Volkov, 67) – 4,5
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
3. Ali Sisey
5. Kərim Diniyev
6. Ayxan Süleymanlı
7. Tural Bayramlı
13. Şəhriyar Rəhimov
20. Əli Şirinov
27. Tamerlan Bürcəliyev
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: İlkin Muradov
Qollar: A.Ramazanov, 2 (0:1, R.Almeyda). L.Corceviç, 47 (0:2, İ.Muradov). M.Emreli, 58 (1:2, İ.İbrahimli). O.Kvabena, 83 (2:2). O.Kvabena, 89 (2:3, İ.İbrahimli).
Vərəqələr: A.Zubir, 43 (qeyri-idman hərəkəti). L.Corceviç, 47 (qeyri-idman hərəkəti). A.Ramazanov, 60 (qeyri-idman hərəkəti). D.Çantakias, 70 İ.İbrahimli, 80 (qeyri-idman hərəkəti). Ş.Məhəmmədəliyev, 90+2 (hakimin qərarına etiraz) - sarı. D.Çantakias 75 (qeyri-idman hərəkəti) – qırmızı (2-ci sarı). K.Medina, 90+2 (təcavüzkar davranış) – qırmızı.
Rəsmi şəxslərə edilən xəbərdarlıq: Rəşad Sadıqov, 75 (hakimin qərarına etiraz) – sarı.
Baş hakim: RƏHİM HƏSƏNOV, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Bakı).
24 dekabr. Suraxanı. Azərsun Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 7,0.
Turun mərkəzi oyununun maraqlı alınacağına zərrəcə şübhə yox idi. İlk dövrədə qeydə alınan bərabərlik, “Zirə”nin son 7 ilin çempionunu qarabaqara izləməsi, Qurban Qurbanov - Rəşad Sadıqov dueli – bütün bunları düşünəndə oyunun ab-havası göz önündə canlanırdı. Havanın şaxtalı və yağıntılı keçməsi əhvalımızı müəyyən qədər korladı ki, təbiətin şıltaqlığı da cari mövsümün ən baxımlı oyunlarından birinə, bəlkə də birincisinə əngəl ola bilmədi.
Epizodların üstündə dayanmağın mənası yoxdu. Çünki böyük əksəriyyət matçı izləyib, ən pis halda maraqlı anların görüntülərinə baxıb. Onu deyə bilərik ki, qonaqların müəyyən mənada haqq etdiyi qələbənin əldən çıxmasında Rəşad Sadıqovun təcrübəsizliyinin və təbii ki, Qurban Qurbanovun usta əvəzetmələrinin rolu oldu. “Zirə” hər iki hissənin 2-ci dəqiqəsində rəqib müdafiəsindəki kobud səhvlərdən yararlanıb hesabda 2:0 önə keçmişdi. Bundan sonra əsas məqsəd hesabı qorumaq idi. Amma hədəfə çatmağın yolu Sadıqovun düşündüyü kimi, yəni böyük qüvvə ilə müdafiə olunmaq deyildi. “Qarabağ”ı qapına yaxın buraxmaq əliyalın halda silahlı rəqibin qarşısına çıxmaq qədər ölümcül idi ki, riski sevən Sadıqov nədənsə qələbəni qorxaq taktika ilə əldə etmək istəyib, yekunda həmkarına, dəqiq desək, ustadına uduzdu.
Qurbanov nə etdi? İkinci yarının əvvəlində birdən-birə iki dəyişiklik etməklə sonradan oyunun taleyini həll edəcək futbolçuları meydana buraxdı. Xüsusən İsmayıl dünən mükəmməl idi. Meydanın mərkəzində durmadan çalışan İbrahimli həlledici anlarda ideal qol ötürmələri ilə özü-özünü oyunun qəhrəmanı etdi. İsmayılla təxminən eyni vaxtda oyuna qoşulan Ovusu isə əla mövqe seçimi ilə rəqibin müdafiə xəttindəki səhvlərdən maksimum yararlandı.
Əlbəttə, Çantakiasın komanda yoldaşlarını çətin vəziyyətdə qoyması da nəticəyə təsir göstərdi. Halbuki o meydanı tərk edəndə “Zirə” öndə idi. Dmitrios qovulandan sonra arxa xətdə pərakəndəlik yarandı ki, Kvabena şansları boşa vermədi.
İstək, həvəs, çılğınlıq – bunlar vacibdi, döyüşçü üçün xüsusi keyfiyyətdir. Lakin qarşında ustadın olanda istək də, həvəs də, çılğınlıq da yalnız xoş xatirə kimi yadda qalır. Tablodakı rəqəmlər kimi...
ELNUR

Gözdən qaçmadı
* “Qarabağ” rəsmiləri Vətən müharibəsində şəhid olmuş “İmarət”in üzvünü unutmamışdılar. Belə ki, qapıarxası tribunaya Məhəmmədəli İbrahimlinin şəkli əks olunan plakat yerləşdirilmişdi.
* İlk yarıda hakimlərə münasibətdə nisbətən sakit görünən Rəşad Sadıqov fasilədən sonra öz ampluasında idi. Rəhim Həsənovun az qala hər qərarına kəskin etiraz bildirən gənc mütəxəssis şifahi xəbərdarlıqlara məhəl qoymayınca, Çantakiasın meydandan qovulduğu anda qarşısında “sarı” gördü.
* Oyunsonrası mətbuat konfransına öncə qonaq komandanın baş məşqçisi gəlməli olsa da, Rəşad Sadıqovun yolunu təxminən 20 dəqiqə gözlədik. Məlum oldu ki, namaz qıldığına görə gecikib.
* Şaxtanın adamı “kəsdiyi” havada futbola baxmaq müşkülə çevrilmişdi. Odu ki, stadionda olan 10-a yaxın polis özlərinə daldanacaq tapıb, canlarını soyuqdan qoruyurdular.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR