Sizin reklam burada

“Qəbələ” “dənizçilər”ə şans vermədi

Baxış Sayı:115


49. Səbail (Bakı) – Qəbələ 1:3 (0:2)
96. Nikolas Hagen – 4,5
17. Elçin Rəhimli – 4,5
5. Vüqar Bəybalayev – 4,0
(29. Amil Yunanov, 87) - qiymətiz
14. Rahid Əmirquliyev (k) – 4,5
34. Urfan Abbasov – 4,5
11. Rauf Əliyev – 4,0
22. Əfran İsmayılov – 4,0
(7. Mirsahib Abbasov, 84) – qiymətsiz
27. Hendrik Ekşteyn – 4,0
16. Peyman Keşavarzi – 4,0
9. Florian Kadriu – 3,5
(20. Ruslan Hacıyev, 46) – 4,0
3. Turan Manafov - 5,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
28. Məqsəd İsayev
99. Bahadur Həziyev
77. Ədilxan Qarəhmədov
Məşqçi: Emin Ağayev
Komandanın ən yaxşısı: Turan Manafov

94. Tərlan Əhmədli – 5,5
11. Asif Məmmədov (k) – 6,0
(14. Cavid Hüseynov, 86) – qiymətsiz
28. Murad Musayev – 5,5
70. Ülvi İsgəndərov – 5,5
(74. Yusif Nəbiyev, 90) – qiymətsiz
77. Merab Qiqauri – 5,5
32. Nikolas Raysel – 5,5
13. Yurgen Qoxa – 5,5
26. Stefan Vukçeviç – 5,5
2. Vinko Medimoreç – 5,5
23. Rafael Utriq – 5,5
(99. Ceyms Adeniyi, 81) – qiymətsiz
71. Rüfət Əhmədov – 5,5
Ehtiyat oyunçular
1. Anar Nəzirov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
9. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Asif Məmmədov
Qollar: Ü.İsgəndərov, 20 (0:1). A.Məmmədov, 28 (0:2, N.Raysel). T.Manafov, 52 (1:2). C.Adeniyi, 90+3 (1:3, C.Hüseynov).
Vərəqələr: U.Abbasov, 4 (qeyri-idman hərəkəti). M.Musayev, 16 (qeyri-idman hərəkəti). R.Əliyev, 36 (qeyri-idman hərəkəti). A.Məmmədov, 56 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
24 dekabr. Bakı. ASCO Arena. Tamaşaçısız.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Qəbələ” bu ildəki son oyununu təqvimə uyğun olaraq, səfərdə keçirməliydi. “Qırmızı-qaralar” premyer-liqanın 13-cü turunda “Səbail”lə qarşılaşdı. Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində dörd dəyişiklik etmişdi. Tərlan Əhmədli, Asif Məmmədov, Murad Musayev və Ülvi İsgəndərov ilk dəqiqələrdən meydana çıxmışdı. Onlar müvafiq olaraq, Anar Nəzirov, Cavid Hüseynov, İdris İnqilablı və cəzalı Rövlan Muradovu əvəz etmişdilər.
Oyun qarşılıqlı hücumlarla başladı. Lakin ilk dəqiqələrdən “Qəbələ”nin hücumları daha yaddaqalan idi. Hər iki qapı önündə təhlükəli vəziyyətlərin yarandığı görüşdə hesab 20-ci dəqiqədə açıldı. Sol cinahdan qapıya vurulan zərbəni qolkiper dəf etsə də, özünü yetirən İsgəndərov tablodakı hesabı komandasının xeyrinə dəyişməyi bacardı. Mövsümdə ilk qolunu vuran futbolçu “Qəbələ”nin heyətində ümumilikdə 6-cı dəfə fərqləndi. Ardıcıl 7-ci görüşdə meydanı qolsuz tərk etməyən “qırmızı-qaralar” 7 dəqiqə sonra yenidən rəqib qapısına yol tapdı. Sol cinahdan qapı önünə göndərilən topu Asif Məmmədov tora qovuşdurdu. Bu, təcrübəli yarımmüdafiəçinin bğlgə təmsilçisinin heyətində 15-ci qolu oldu. Buraxılan qollardan sonra meydan sahibləri fəallığı artırsa da, müdafiədə etibarlı oynayan “Qəbələ” buna kəskin hücumlarla cavab verirdi.
İkinci hissədə də oyunun ssenarisi dəyişmədi. Hesabda geri olan “dənizçilər” fasilədən sonra dərhal irəli atılmaqla məğlubiyyətdən xilas olmağa çalışırdı. Koronavirus səbəbindən texniki zonada yer alamyan Aftandil Hacıyevin yetirmələri 53-cü dəqiqədə istəyinə çataraq, Turan Manafovun qolu ilə fərqi minimuma endirdi. Hesab arasında fərq azalandan sonra paytaxt təmsilçisi məğlubiyyətdən qaçmağa çalışsa da, “qırmızı-qaralar”ın kəskin hücumları daha təhlükəli alınırdı. Baxşıyevin çalışdırdığı kollektiv bir neçə dəfə fərqi artırmaq üçün əlverişli imkan qazansa da, bundan yararlana bilmədi. Yalnız uzatma dəqiqələrində Ceyms Adeniyi şansı boşa verməyərək fərqi iki topa çatdırdı. Bu, nigeriyalının “Qəbələ”də 13-cü qolu oldu. Bu qol matçın yekun nətiəsini müəyyənləşdirdi. Bununla da ardıcıl üçüncü görüşdə xal qazanan “qırmızı-qaralar” xal hesabını 15-ə çatdırmaqla 5-ci pilləyə yüksəldi.

Reaksiya
Elmar Baxşıyev: “Hava şəraiti dinamik, total futbol göstərməyə mane olurdu. Üçgündənbir oynadığımız üçün heyətdə rotasiya etmişdik. İnanırdıq ki, meydana çıxan futbolçular komanda yoldaşlarını layiqincə əvəz edəcək və qələbə qazanacağıq. Qələbəyə köklənmişdik. İstədiyimiz məzmunlu futbolu nümayiş etdirəcəyimiz halda qalib gələcəyimizə inanırdıq. Komanda verilən tapşırıqları yerinə yetirdi və layiqli qələbə qazandıq. Mövsümün əvvəlində heyəti ən gec formalaşdıran komanda məhz “Qəbələ”di. Hətta 3-4-cü turlarda da bizə qoşulanlar var idi. Bizə vaxt lazım idi ki, xətlərarası əlaqələri quraq. Amma ilk turlarda da baxımlı, hücum futbolu oynayırdıq. Əsas tələbimiz də odu ki, hücuma tez çıxıb, ön xətdə keyfiyyətli olaq. İnanıram ki, bu maksimumuz deyil. Ceyms Adeniyinin səviyyəsi hamıya məlumdur. O, Azərbaycan çempionatına gəlmiş ən yaxşı futbolçulardan biridi. Ceyms geri dönəndə də onun səviyyəsinə bələd idik. Lakin o, bir müddət futboldan kənarda qalmışdı ki, bu da təsirini göstərirdi. Adeniyiyə inanırıq və komandamızda davam etməsinə şad olarıq. Sırf hücumçu deyil, hücumameyilli futbolçunun komandamıza qoşulmasına məmnun olarıq. Bu heyətlə də böyük məqsədlər uğrunda oynamaq mümkündü. Hamısı keyfiyyətli futbolçulardı. Lakin rəqabəti artırmaq üçün bir oyunçunun da olması yaxşıdı”.
Gözdən qaçmadı
* Adeniyi matçda son qolu vurandan sonra sanki “rəqibin son nəfəsini kəsdim” işarəsi ilə əlini boğazına apardı...
HƏMİD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR