Vəkili Nurlan İbrahimovun cəzasının yüngülləşdirilməsinə çalışır


“Az da olsa, bu məsələdə qalib gəlmək ehtimalımız var”

Xəbər verdiyimiz kimi, UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı apellyasiya şikayətini qəbul etməyib. Bu məlumatı yerli mediaya açıqlamasında Ağdam təmsilçisinin sabiq rəsmisinin vəkili Fərid Haqverdiyev verib. Onun sözlərinə görə, bu qərardan sonra İsveçrədə yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət ünvanlayacaq. Məsələ ilə bağlı daha ətraflı bilgi almaq üçün vəkillə əlaqə saxladıq.

- Fərid bəy, öncə UEFA-nın apellyasiya şikayətinin qəbul etməməsinə münasibətinizi bilmək istərdik...
- Əvvəlcə onu qeyd edim ki, Avropanın ali futbol qurumu məsələ ilə bağlı ədalətli qərar qəbul etmədi. Biz öz haqqımızı tələb edərək futboldan ömürlük uzaqlaşdırmaq haqda qərarın ləğvi üçün çalışırıq. Bunun üçün İdman Arbitraj Məhkəməsinə şikayət edəcəyik.

- Müraciətlə bağlı prosedurlara başlamısız?
- Hələ yox. Lakin qısa zamanda müdafiəmizi hazırlayacağıq. Bizim əsas tələbimiz UEFA üçün yekun olan qərarın götürülməsidi. Düşünmürəm ki, Nurlan İbrahimov məsələsi ilə bağlı birdəfəlik xeyrimizə qərar qəbul olunsun. Lakin UEFA-nın futboldan ömürlük uzaqlaşdırmaq qərarını maddi cəza ilə əvəzləmək mümkündü. İlkin olaraq bunun baş tutmasına çalışacağıq.

- CAS-ın xeyrimizə qərar qəbul etmək ehtimalı nə qədərdi?
- Belə deyək, qarşıda bizi çətin mübarizə gözləyir. Biz haqq davamızı edirik. Nurlan İbrahimov emosional davranaraq yazdığı postu sonradan silib və əməlindən peşman olub. Buna görə insanı çalışdığı peşədən ömürlük uzaqlaşdırmaq qərarı olduqca sərtdi. Çalışacağıq ki, bu cəza yüngülləşdirilsin. Onun postu silməsi də xeyrimizə olan məqamdı. Az da olsa, bu məsələdə qalib gəlmək ehtimalımız var. Məhz bu səbəbdən CAS-a əlimizdə olan faktlar, sübutlarla müraciət edəcəyik.

- Dünya praktikasında belə bir örnək varmı ki, UEFA hansısa şəxsi futboldan ömürlük uzaqlaşdırsın və CAS onu bağışlasın?
- Bəli, var. Bin Hammam adlı sabiq FIFA funksioneri rüşvətə görə futboldan ömürlük uzaqlaşdırılmışdı. O, CAS-a şikayət etdi və qurum onun cəzasını ləğv etdi. Bu, xeyrimizə olan məqamdı. Əleyhimizə olan nümunə də var. Fələstin Futbol Federasiyasının rəhbəri Cibril Rajub İsrail - Argentina matçının Qüdsdə keçirilməsinə etiraz olaraq vətəndaşlarına “Messinin formalarını yandırın”, - deyə müraciət etmişdi. FIFA İntizam Komitəsi nifrət və şiddəti qızışdırdığına görə federasiya rəsmisinə birilliyə futboldan uzaqlaşdırmaq cəzası vermişdi. Cibril Rajub CAS-a müraciət etsə də, qurum onun əleyhinə qərar qəbul edərək FIFA-ya haqq qazandırmışdı. Bu məsələdə əsas diqqət yetirilməli məqam fələstinli futbol adamının 1 illik cəzalanmasıdı. Nurlan bəyi isə UEFA ömürlük futboldan kənarlaşdırıb. Biz çalışırıq ki, cəza yüngülləşdirilsin. Çünki baş verən proseslər eynidi, lakin qərarlar fərqli. Eyni problemə görə nə üçün müxtəlif cəzalar verilir? Görünür, burda kənar müdaxilələr var və UEFA onların təsiri ilə bu qərarı verib.

- Futboldan ömürlük uzaqlaşdırılma cəzasına nələr daxildi? Yəni Nurlan İbrahimov idman jurnalisti kimi fəaliyyətini davam etdirə bilər? Və ya futboldan ömürlük uzaqlaşdırılma Azərbaycan daxilində keçərlidi? Nurlan bəy ölkə xaricində futbol təsərrüfatında çalışa bilər?
- CAS da şikayətimizi təmin etməsə, Nurlan bəy futbola aid olan heç bir işlə məşğul ola bilməz. Hətta futbolla bağlı media qurumunun da əməkdaşı ola bilməz. Bu, həm ölkə daxilinə, həm də xaricinə aiddi. Belə məqamlarda FIFA özünə bağlı olan UEFA-nın qərarını əsas götürür. Lakin İbrahimov jurnalist fəaliyyətini davam etdirə bilər, amma futbol və idman sahəsində yox. Əsas çalışdığımız məqam budu ki, CAS UEFA-nın qərarını dəstəkləməsin.
İLKİN SULTANLI

Son xəbərlər

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

"Neftçi"də ciddi itki

"Neftçi"nin potensial rəqibi müəyyənləşdi

"Yuventus"da yeni anlaşma

Navas "Napoli" yolunda

Bütün xəbərlər