Gənclər və İdman Nazirliyi (AGİN) ilin yekunları ilə bağlı ənənəvi tədbiri keçirməyəcək. Bu isə o deməkdi ki, 2020-nin ən yaxşı idmançılarının siyahısı da açıqlanmayacaq. Səbəb koronavirus pandemiyasıdı. AGİN Tokio Yay Olimpiya Oyunları başda olmaqla, nüfuzlu turnirlərin böyük hissəsi baş tutmadığına görə gözlənilən addımı atıb. Qurumun mətbuat katibi Səmayə Məmmədovanı dinləyək: “Nə tədbir olacaq, nə də ilin ən yaxşı idmançılarının siyahısı açıqlanacaq. Pandemiya ilə bağlı yarışlar keçirilmədiyinə görə obyektiv seçim etmək çətin olardı. Bu üzdən belə qərar verildi”.