Bir qədər gecikmə ilə də olsa, ilin ən yaxşı futbolçusunun seçimi ilə bağlı ənənəvi layihəmizi növbəti – 22-ci dəfə açıq elan edirik. Açığı, bu geçikmə ilk növbədə “olsun, yoxsa olmasın” dilemması ilə bağlı idi. Koronavirusun ilə damğa vurması, ölkədaxili yarışları yarımçıq qoyması düşüncələrimizə təsir edirdi. Redaksiyadaxili müzakirələrin gedişində hətta 2020-nin ən yaxşı futbolçusu mükafatının “Zirə”nin Vətən müharibəsində şəhid olan sabiq futbolçusu İlqar Bürcəliyevin ailəsinə təqdim olunmasıyla bağlı da ideya səsləndi. Sonda ümummilli sorğunu həmişəki formatda davam edirməyə, il ərzində oyunu ilə seçilənlərin layiq olduğu qiyməti almasına qərar verdik. Ancaq 2020-nin idmançısını seçməyəcəyik. Bildiyiniz kimi, futbolla müqayisədə başqa idman növlərində daha böyük durğunluq müşahidə olunub, AGİN də ənənəvi ilsonu mükafatlandırmaya ehtiyac duymayıb.
Ümummilli sorğuda yenə futbol ictimaiyyətinin, demək olar ki, bütün təbəqələrinə səs hüququ tanınacaq. Eyni zamanda hörmətli oxucularımızın ilin ən yaxşısının seçimi prosesinə fəal şəkildə qoşulmasını arzulayırıq. İlin ən yaxşı futbolçusu saydığınız namizədin adını qəzetimizin “feysbuk”dakı səhifəsinə, eləcə də mesajla 077 3000910 nömrəsinə göndərə bilərsiz.
İlin futbolçusu adına namizədlər:
1. Abbas Hüseynov – Qarabağ
2. Anton Krivotsyuk – Neftçi
3. İsmayıl İbrahimli – Qarabağ
4. Qara Qarayev – Qarabağ
5. Mahir Emreli – Qarabağ
6. Maksim Medvedev – Qarabağ
7. Namiq Ələsgərov – Neftçi
8. Rəhim Sadıxov – Sumqayıt
9. Şahruddin Məhəmmədəliyev - Qarabağ
10. Vüsal İsgəndərli – Keşlə