Sizin reklam burada

“Qarabağ” yubileylərlə zəngin oyunda büdrədi

Baxış Sayı:127


48. Qəbələ – Qarabağ (Ağdam) 1:1 (0:0)
1. Anar Nəzirov (k) – 6,0
55. İdris İnqilablı – 5,5
13. Yurgen Qoxa – 5,5
2. Vinko Medimoreç - 5,5
71. Rüfət Əhmədov - 5,5
77. Merab Qiqauri – 5,5
10. Rövlan Muradov – 5,0
26. Stefan Vukçeviç – 5,5
14. Cavid Hüseynov – 5,0
(11. Asif Məmmədov, 63) – 5,5
23. Rafael Utriq – 5,5
(70. Ülvi İsgəndərov, 88) – qiymətsiz
32. Nikolas Raysel – 5,0
(99. Ceyms Adeniyi, 81) – qiymətsiz
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
74. Yusif Nəbiyev
28. Murad Musayev
4. Sadiq Quliyev
7. Roman Hüseynov
9. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Anar Nəzirov

12. Emil Balayev – 5,5
44. Elvin Cəfərquliyev – 5,5
55. Bədavi Hüseynov – 5,5
81. Kevin Medina – 5,5
5. Maksim Medvedev (k) – 5,5
8. Uroş Matiç – 5,0
(2. Qara Qarayev, 63) – 5,0
10. Abdulla Zubir -5,5
6. Patrik Andrade – 5,5
19. Filip Ozobiç - 6,0
7. Kvabena Ovusu – 5,5
(27. Toral Bayramov, 71) – 5,0
11. Mahir Emreli – 5,5
Ehtiyat oyunçular
94. Ayhan Arazlı
4. Rahil Məmmədov
77. Vild-Donald Gerye
18. İsmayıl İbrahimli
22. Musa Qurbanlı
21. Rauf Hüseynli
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Filip Ozobiç
Qollar: F.Ozobiç, 51 (0:1, A.Zubir). R.Utriq, 83 (1:1, A.Məmmədov).
Matiç 16-cı dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: M.Emreli, 8 (qeyri-idman hərəkəti). K.Ovusu, 45+2 (qeyri-idman hərəkəti). R.Muradov, 68 (qeyri-idman hərəkəti). A.Nəzirov, 90+3 (hakimin qərarına etiraz). E.Cəfərquliyev, 90+3 (hakimin qərarına etiraz) – sarı. R.Muradov, 69 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: RAUF CABBAROV, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Zöhrab Qədiyev (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
20 dekabr. Qəbələ. Şəhər stadionu. Tamaşaçısız.
Oyunun qiyməti: 6,0.
Koronavirusa yoluxan futbolçuların çoxluğuna görə premyer-liqaya verilən fasilə məhz bu matçla başa çatdı. Qarşılaşmaya qonaqlar daha istəkli başladı. Bunun bəhrəsini də 16-cı dəqiqədə gördülər. Ağdamlıların hücumu zamanı İnqilablı Ozobiçə qarşı kobud oynadı. Epizoda yaxın olan Rauf Cabbarov dərhal fitini səsləndirərək penalti təyin etdi. Topun arxasına keçən Matiçin zərbəsini Nəzirov dəf etdi. 28-ci dəqiqədə Zubir uzun reyddən sonra Ozobiçə ötürmə etdi. Xorvatiyalı isə topu Nəzirovun üstünə vurdu. 40-cı dəqiqədə yenə “Qarabağ”ın fransalısı səhnəyə çıxdı. “Qəbələ”nin müdafəçiləri üçün başağrıya çevrilən vinger sağ cinahda reyd edərək cərimə meydançasına daxil olmaq istəyərkən daha yaxşı mövqedə olan Matiçə ötürmə etdi. Serbiyalının bu zərbəsini də Nəzirov dəf etdi. Ümumiyyətlə, qolkiperi ilk hissədə “qırmızı-qaralar”ın qəhrəmanı saymaq olar. Onun mükəmməl oyunu sayəsində “köhlən atlar” fasiləyə kimi hesabı aça bilmədilər.
İkinci hissəyə meydan sahibləri daha istəkli başladı. 49-cu dəqiqədə “Qəbələ” hesabı açmağa yaxın oldu. Muradovun cərimə zərbəsindən vurduğu top qapıdan aralı keçdi. Bir qədər sonra isə hesab açıldı. Qarşılaşma başlayandan baxımlı oyunu ilə diqqəti çəkən Zubir - Ozobiç ikilisi “Qarabağ”ı matçda önə keçirdi. Andrade rey edərək topu fransalıya ötürdü, vinger də bir rəqibini geridə qoyaraq xorvat yarımmüdafiəçini gördü. Ozobiçin uzaqdan zərbəsi dəqiq və möhtəşəm alındı. Qoldan dərhal sonra ağdamlılar hesab arasındakı fərqi artıra bilərdi. Cəfərquliyevin sol cinahdan ötürməsini Emreli boş qapıdan keçirə bilmədi. Nəzirovun uzaqlaşdırmaq istədiyi top Matiçin qarşısına düşsə də, serbiyalının zərbəsi dəqiq olmadı.
60-cı dəqiqədə də “Qarabağ”ın qol vurmasına Nəzirov mane oldu. “Qəbələ”nin kapitanı bu dəfə Emrelinin zərbəsini zərərsizləşdirdi. Matçın üçdəikisi geridə qaldıqdan sonra meydan sahibləri üstünlüyü ələ almağa başladı. Utriqin fəallığı sözünü dedi. 62-ci dəqiqədə rəqibi əks-hücumda yaxalayan braziliyalı “Qarabağ” müdafiəçilərini geridə qoyaraq Rayselə ötürmə verdi. Fransalının zərbəsini Balayev asanlıqla dəf etdi. Bundan 3 dəqiqə sonra Qurban Qurbanovun yetirmələri əlverişli şansı boşa verdi. Yenə diqqət mərkəzində olan Zubir gözəl hərəkətlə Qoxanı geridə qoyub, Emreliyə ötürmə etdi. Hücumçunun zərbəsi isə qapıdan azacıq aralı keçdi. Oyun baxımından çempionatın ən maraqlı qarşılaşmasını izlədiyimiz vaxtda Rauf Cabbarov səhnəyə çıxdı. Referi simulyasiyaya görə Muradovu ikinci sarı vərəqə ilə cəzalandırıb, meydandan qovdu. “Matç minimal hesabla “Qarabağ”ın xeyrinə başa çatacaq” dediyimiz anda isə Utriq özünü göstərdi. Sonradan oyuna qoşulan Asif Məmmədov Elvin Cəfərquliyevi keçərək müdafiənin arxasına, braziliyalıya ideal ötürmə verdi ki, vinger topu Balayevin başı üzərindən tora göndərdi – 1:1.
Qoldan sonra Ağdam təmsilçisi hesabda önə keçməyə çalışsa da, həm “Qəbələ”nin müdafiəçiləri, həm də Nəzirov etibarlı oyunu ilə tablodakı rəqəmlərin dəyişməsinə imkan vermədilər. Beləliklə, komandalar matçdan 1 xalla ayrıldı. Qurban Qurbanov baş məşqçi kimi “Qəbələ”yə qarşı keçirdiyi 40-cı oyunda heç-heçəyə razılaşdı. O, bu qarşılaşmaların 20-də qələbə qazanıb, 10 dəfə meydandan məğlub ayrılıb. Bu nəticə ilə təcrübəli məşqçi “Qəbələ”yə qarşı “Qarabağ”ın məşqçisi olaraq 10-cu heç-heçəsini etdi.
İLKİN SULTANLI

Reaksiyalar
Qurban Qurbanov: "Çox danışılası bir şey yoxdu. Belə oyunlar nadir hallarda olur. Çoxlu qol vəziyyətini qaçırdıq və sonda 1 xal qazandıq. Həmişə qazandığımız xalı müsbət saymışam. Futbolçular pis oynamadı, lakin hər matçda bu qədər qol vəziyyəti olmur. Burda həmişə oyunlarımız ağır keçib. Lakin bu gün bəlkə də ən asan oyunlarımızdan biri idi. Amma sonda heç-heçəyə razı olduq. Rəqibə və baş məşqçisi Elmar Baxşıyevə uğurlar arzulayıram. Bir-iki epizod var idi ki, ona görə hakimə etirazımı bildirdim. Həmişə sonadək səbirli qalmaq olmur. Rəqibin qoluna görə oyundan sonra futbolçulara etirazımı bildirdim. Qapıçı da ehtiyatlı olmalıdı, mən orda Emil Balayevin yox, müdafiəçilərin üzərinə çox düşdüm. Azlıqda qalan komandaya belə rahat imkan vermək olmazdı. Həmişə demişəm ki, belə qollar, xal itkiləri mənim və oyunçuların xeyrinə olur. Çünki çempionatda daha çox hücum futbolu oynasaq da, müdafiəçilərdən çox şey tələb edirəm. Onlar düzgün müdafiə olunmağı bacarmalıdı. Qol buraxdığımız epizodda qapıçıdan daha çox 4 müdafiəçiyə, həmçinin dayaq yarımmüdafiəçiləri Qara Qarayevlə Patrik Andradeyə etirazımı bildirdim… Uroş Matiç penaltini yerinə yetirə bilməyəndən sonra top itkilərinə yol verdi. Fikri bəlkə də penaltidə qaldı. Əvəzləməyim isə onunla bağlı idi ki, hər futbolçu hazırkı dönəmdə formasından uzaqdı. Matiç həm məşqdə, həm də oyunlarda ən çox çalışan oyunçularımızdan biridi".
Elmar Baxşıyev: "Çempionatın liderinə qarşı oynayırdıq. "Qarabağ"ın gücü hamıya məlumdu. Güclü, balanslaşmış heyətə malik kollektivdi. Çətin oyun olacağını bilirdik. Çempionatda fasilə olduğuna görə məşq proseslərimizi dayandırmadıq və hiss olundu ki, komandamız tonusdadı. Oyunçular bunu meydanda bizə göstərdilər. Məşq prosesində nə istəyirdiksə, onu da aldıq. Ən əsası da əzmkarlıq göstərərək 1 xal qazandılar. İlk gündən komandanın oyununu daha çox hücumda qurmuşuq, istəyirik ki, daha çox hücumda olsun. Əlbəttə, "Qarabağ"a qarşı dominant oynamaq istəsən də, bu hərdən alınacaq, hərdən yox. Hiss etdik ki, Ülvi İsgəndərlinin meydana çıxmasına ehtiyac var. Çünki Rafael Utriq də yorulmuşdu. Sırf hücuma da bir oyunçunu atdıq ki, "Qarabağ"ın müdafiəçilərinin hücuma qoşulmasını istəmirdik. Hücumameyilli oyunçunun cəld olduğuna, mübarizələrə tez-tez girdiyinə görə simulyasiya etməsi normaldı. Hər simulyasiya zamanı da hakimlər diqqətli olmalıdı, hər yıxılmağa görə sarı vərəqə göstərmək düzgün olmaz. Bu, şəxsi fikrimdi, ancaq onların öz fikirləri, qərarları var və buna da hörmətlə yanaşırıq. Yenə Rövlanla söhbətimiz olacaq. Bu mövsümdə artıq 7-ci "sarı"nı alır. Düşünürəm ki, hücumameyilli futbolçu üçün çoxdu. Bir az emosiyalarını cilovlayıb daha təmkinli olması lazımdı".

Gözdən qaçmadı
* Komandalar meydana üzərində “Qələbəni bizə yaşadanları yaşat” yazılan plakatla çıxdı.
* 8-ci dəqiqədə kobud oyuna görə Rauf Cabbarov tərəfindən sarı vərəqə ilə cəzalandırılan Mahir Emrelini Qurban Qurbanov yanına çağıraraq, ehtiyatlı oynamağı məsləhət gördü.
* “Qəbələ” hesabı bərabərləşdirəndən sonra Qurbanov oyunçularına sərt etiraz etdi.

Maraqlıdı...
* Filip Ozobiç “Qarabağ”ın heyətində 20-ci qolunu vurdu. “Qəbələ” ilə görüşdə hesabı açan xorvatiyalı ağdamlıların heyətində 70-ci matçında 20-ci dəfə rəqib qapısına yol tapdı. O, çempionatda 17 (42 oyun), avrokuboklarda 3 (24 oyun) qol vursa da, ölkə kubokundakı 4 matçda fərqlənməyib.
* Bədavi Hüseynov Azərbaycan premyer-liqasında 200-cü oyununu keçirdi. 29 yaşlı müdafiəçinin yubileyi “Qəbələ” ilə matça təsadüf etdi. 200-cü görüşünü keçirən arxa xətt oyunçusunun hesabında 4 qol var. O, çempionatda 2011/12 mövsümündə debüt edib. Həmin vaxt “Sumqayıt”ın heyətində şans qazanan Bədavi premyer-liqada indiyədək iki klubda forma geyib. O, “kimyaçılar”da 26 oyuna çıxıbsa, “Qarabağ”da 174 matçda 4 dəfə fərqlənib.
* Maksim Medvedev “Qarabağ”da 450-ci oyununu keçirdi. “Qəbələ” ilə səfər matçına qədər Ağdam klubunda 449 görüşə çıxan 31 yaşlı müdafiəçi yubiley oyununda start heyətində yer aldı. Karyerası ərzində yalnız bir klubda çıxış edən və oyun sayında “Qarabağ”ın rekordçusu olan Maksim 13 qol vurub. O, ölkə çempionatında 309 (10 qol), ölkə kubokunda 40 (1 qol), avrokuboklarda 101 (2 qol) oyun keçirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR