Birinci divizionda 11-ci tura şənbə günü yekun vurulub. “Kəpəz” ardıcıl 5-ci oyunda qələbə qazana bilməyib. Qərblilər bu dəfə Gəncədə “Sumqayıt-2”nin müqavimətini qıra bilməyib. 7 qolun vurulduğu “Keşlə-2” – “Qaradağ Lökbatan” görüşündən elita təmsilçisinin gəncləri qalib ayrılıb. “Zaqatala” dogma meydanda, gözlənilənin əksinə, liderin ən yaxın izləyicisi “Sabah-2”ni çətinlik çəkmədən üstələyib – 3:0. Eyni nəticə dekabrın 19-da keçirilən iki qarşılaşmada da qeydə alınıb. Lider Tovuzda “Qarabağ-2”ni, “Neftçi-2” isə səfərdə MOİK-i məyus edib.
Beləliklə, son çempion böyük fasiləyə 6 xal üstünlüklə yollanıb. “Turan Tovuz”un ən yaxın izləyicisi dəyişib. Maraq üçün qeyd edək ki, 12-ci turun görüşləri gələn il fevralın 10-11-də keçiriləcək.
Birinci divizion
2-ci dövrə, 11-ci tur
18 dekabr
Kəpəz - Sumqayıt-2 2:2
Ruslan Süleymanov 46. Emil Qasımov, 47 - Elçin Əsəsdov, 26-p. Rüstəm Hümbətov, 42.
Keşlə-2 – Qaradağ Lökbatan 4:3
Emin Quliyev, 27. Elvin Sərkərov, 72-öz qapısına. Elmir Rəhimzadə, 75. Elnur Süleymanov, 81 - Nizami Səmədov, 59. Sərcan Omarov, 78-öz qapısına. Hüseyn Hüseynli, 90+3.
Zaqatala - Sabah-2 3:0
Rəhman Şabanov, 34. Bəhruz Teymurov, 58. Ramin Əhmədov, 75.
19 dekabr
Turan Tovuz – Qarabağ-2 3:0
Nurlan Şabanov, 72. Vidadi Cəfərov, 78;90+3.
MOİK – Neftçi-2 0:3
Əli Mürsəlov, 28-p. İbrahim Qədirzadə, 29. Nihad Qurbanlı, 90+1.
1. Turan Tovuz 11 8 3 0 20-5 27
2. Neftçi-2 11 6 3 2 19-10 21
3. Sabah-2 11 6 2 3 19-11 20
4. Zaqatala 11 6 1 4 23-1519
5. Qarabağ-2 11 6 1 4 17-12 19
6. Kəpəz 11 4 4 3 17-12 16
7. Keşlə-2 11 3 1 7 14-28 10
8. Sumqayıt-2 11 2 3 6 14-24 9
9. Qaradağ Lökbatan 11 1 3 7 8-19 6
10. MOİK 11 1 3 7 11-26 6
Bombardirlər: Vidadi Cəfərov (Turan Tovuz) – 9, Bəhruz Teymurov (Zaqatala) – 8, Kamran Quliyev, Fərid Kərimzadə (hər ikisi "Sabah-2") – 6.