Sizin reklam burada

Baş məşqçilərin yoxluğunda “Səbail” qazandı

Baxış Sayı:112


46. Keşlə – Səbail 0:2 (0:2)
1. Stanislav Namaşko – 4,5
19. Azər Salahlı – 4,5
3. Tərlan Quliyev (k) – 4,5
4. Şəhriyar Əliyev – 4,5
18. Ruslan Əmircanov – 4,0
(8. Tural Axundov, 46) – 4,5
17. Vüsal İsgəndərli – 5,0
7. Rəhman Hacıyev – 5,0
10. Sezar Meza Kolli – 5,0
48. Dmitri Klots – 5,0
99. Rafael Məhərrəmli – 4,5
(97. Xəzər Mahmudov, 46) – 4,5
11. Silvio Rodriges – 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
27. Əkpər Vəliyev
6. Rəşad Sadiqov
20. Rail Məlikov
39. Elnur Süleymanov
87. Tunar Mütəllimov
Məşqçi: Zaur İsmayılov
Komandanın ən yaxşısı: Silvio Rodriges
96. Nikolas Hagen – 5,5
3. Turan Manafov – 5,0
55. Adil Nağıyev – 5,0
16. Peyman Keşavarzi – 5,0
34. Urfan Abbasov – 6,0
(28. Məqsəd İsayev, 78) – qiymətsiz
14. Rahid Əmirquliyev (k) – 5,5
9. Florian Kadriu – 5,5
27. Hendrik Ekşteyn – 5,0
8. Bəxtiyar Rəhmani – 5,5
(5. Vüqar Bəybalayev, 87) – qiymətsiz
22. Əfran İsmayılov – 5,5
11. Rauf Əliyev – 5,5
(29. Amil Yunanov, 63) – 5,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
7. Mirsahib Abbasov
20. Ruslan Hacıyev
99. Bahadur Həziyev
77. Ədilxan Qarəhmədov
Məşqçi: Emin Ağayev
Komandanın ən yaxşısı: Urfan Abbasov
Qollar: U.Abbasov, 12 (0:1, A.Nağıyev). Ə.İsmayılov, 18 (0:2, U.Abbasov).
Vərəqələr: V.İsgəndərli, 50 (qeyri-idman hərəkəti). A.Nağıyev, 68 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
20 dekabr. Bakı. ASK Arena. Tamaşaçısız.
İkinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Həm Yunis Hüseynovun, həm də Aftandil Hacıyevin koronavirusa yoluxması səbəbindən komandalarından uzaq düşməsi görüşü maraqlı edən əsas məqamlardan idi. Yəni tərəfləri meydana köməkçi-məşqçilər çıxarmışdı. Paytaxt derbisinin favoriti “Keşlə” sayılsa da, “Səbail” oyuna daha istəkli başladı. “Dənizçilər”in cinahlardan sürətli hücumlar qurması “qırmızılar” üçün şok effekti yaratdı. 12-ci dəqiqədə Nağıyevin uzun ötürməsindən sonra Abbasov ikili mübarizədə İsgəndərliyə qalib gəldi. Epizodun davamında müdafiəçi qüvvətli zərbə ilə toru silkələdi. Şokdan ayılmayan “Keşlə” 6 dəqiqə sonra qapısında daha bir top gördü. Sağ cinahda inamlı oyunu ilə diqqəti çəkən Urfan cərimə meydançasına uzun ötürmə etdi. Topu qəbul edən Əfran bir hərəkətlə müdafiəçiləri çaş-baş saldı. Yarımmüdafiəçinin önünü açdıqdan sonra qapıya zərbəsi Namaşko üçün qarşısıalınmaz oldu.
Toparlanmağa çalışan “Keşlə”nin futbolçuları hesab arasında fərqi azaltmaq baxımından iki şans qazansa da, yararlana bilmədilər. Hər iki halda diqqət mərkəzində Meza Kolli və Rodriges idi. Əvvəlcə paraqvaylının ötürməsini qəbul edən hücumçu topu Hagenin üstünə vurdu. Daha sonra meydanın mərkəzində reyd edən Meza Kolli topu Məhərrəmliyə ötürdü. İkincinin ötürməsini ram edərək qapıya göndərməyə çalışan Silvionun zərbəsi dəqiq olmadı. İlk hissədə bundan sonra maraqlı hadisə yaşanmadı.
“Keşlə” ikinci yarıya iki dəyişikliklə başladı. Xəzər Mahmudov Rafael Məhərrəmlini, Tural Axundov isə Ruslan Əmircanovu əvəzlədi. Bununla da komandanın taktiki sxemi 4-5-1-dən 4-4-2-yə dəyişdi. Bu da “Keşlə”nin hücumda fəallaşmasına səbəb oldu. Əvvəlcə Meza Kollinin 30 metrdən zərbəsi dirəyə tuş gəldi. Daha sonra İsgəndərli sağ cinahda müdafiəçiləri aldadaraq topu birbaşa qapıya göndərdi. Lakin oyunun qəhrəmanlarından olan Hagen möhtəşəm qurtarışla hesab arasındakı fərqin azalmasına imkan vermədi. Ardıcıl olaraq Mezza Kolli və Rəhman Hacıyevin qol vurmaq imkanları olsa da, fürsətləri boş verdilər. Hər iki epizodda “Səbail”in qvatemalalı qolkiperi inamlı oynadı. “Dənizçilər”in ikinci hissədə ən real qol imkanını isə Kadriu yaratdı. Ekşteynin ötürməsindən sonra rumıniyalı topu düz Namaşkonun üstünə vurdu. Bundan sonra “Keşlə” daha çox hücumda olsa da, Hagen inanılmazı bacardı. Qolkiper “qırmızılar”ın üzvlərinin qarşısında sipər olaraq topun qapıdan keçməsinə imkan vermirdi. Oyunun ən maraqlı epizodlarından birini isə Rəhman Hacıyev yaratdı. Vüsalın ötürməsindən sonra yarımmüdafiəçinin zərbəsi əvvəlcə tirə, daha sonra qapı xəttinə dəydi.
Beləliklə, hər iki komandanın baş məşqçisinin olmadığı qarşılaşmada “Səbail” qalib gəldi. “Keşlə” “dənizçilər” üzərində qələbə sevincini gələn ilə saxladı.
İLKİN SULTANLI

Reaksiyalar
Emin Ağayev: “İlk hissədə bir neçə imkanımız oldu. Nəticədə iki qol vurduq. İkinci yarıya yaxşı başlamadıq. Fasilədən sonra vəziyyət dəyişdi. Rəqib ikinci hissədə daha çox hücum etdi. Biz isə əks-hücumlara bel bağlamışdıq. Üç epizodumuz olsa da, yararlana bilmədik. Düşünürəm ki, 2:0 bizim üçün normal nəticədi. Yuxarı pillələrə qalxmaq istəyirik. Hazırda əsas məqsədimiz budu. Bundan sonra digər məsələlər barədə fikirləşmək olar".
Zaur İsmayılov: "İlk növbədə rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, ağır olacaq, çünki çempionatda neçə vaxtdı fasilə idi, məşq etmirdik. İki fərqli hissə oldu. Birinci hissədə rəqib qol imkanlarından istifadə etdi. Fasilədən sonra isə üstünlük bizdə idi, ancaq qol imkanlarımızdan yararlana bilmədik. Qərara aldıq ki, fərqli sistem olsun, meydana ikinci hücumçunu buraxdıq. Çünki ilk hissədən sonra 0:2 uduzurduq. Elə matçlar olur ki, rəqibdən üstün olmuşuq. Ancaq qol epizodlarından istifadə etməmişik, rəqib isə yararlanıb. Komandamızın oyunu normaldı. Bilmək olmaz, Yunis Hüseynov bu gün texniki zonada olsaydı, nə olardı. Necə deyə bilərik ki, fərqli bir şey ola bilərdi... Qələbə də qazana bilərdik, başqa da nəticə olardı. Əlimizdən gələn maksimumu etdik. Bu xəstəliyin olduğu vaxtda düşünürdük ki, çempionat dayanacaq, ancaq belə olmadı. Bu il hələ bir oyunumuz da var. Bu dəqiqə gərək fasiləni düşünməyək. Qarşıdakı matçımızı fikirləşməliyik. Bu məğlubiyyət işimizi çətinləşdirdi. "Neftçi"ylə qarşıdakı səfər matçından maksimum xal götürməyi fikirləşirik. Yerli oyunçu fərqli, legioner fərqli. Əcnəbidən həmişə çox şey gözlənilir. O, uzun müddət bizim komandada idi. Qadoyevdən çox şeylər gözləyirdik, ancaq bunu ala bilmədik".

Gözdən qaçmadı
* Premyer-liqanın koronavirusa görə dəyişən Əsasnaməsinə görə, meydana əvvəlcə qonaq komanda, daha sonra isə meydan sahibləri çıxır. Bu proses 1 dəqiqə intervalı ilə davam edir. Lakin derbidə “Keşlə” “Səbail”i azı 3 dəqiqədən çox müddətdə meydanda gözlətdi.
* 55-ci dəqiqədə Vüsal İsgəndərli Rəvan Həmzəzadənin qərarına etiraz etdi. Referi yarımmüdafiəçiyə yaxınlaşaraq “oynamaq istəmirsənsə, vərəqə göstərəcəm, meydandan çıxacaqsan”, - deyə hədə-qorxu gəldi.
* Matçın sonlarına yaxın “Səbail”in müdafiəçisi Adil Nağıyev Urfan Abbasovun vəziyyətinin yaxşı olmadığını görüb, əsəbi halda Emin Ağayevə “çıxart da onu meydandan”, - deyə etiraz etdi.

Maraqlıdı...
“Səbail” premyer-liqanın cari mövsümündə ilk səfər qələbəsini qazandı. Aftandil Hacıyevin yetirmələri rəqib meydanında son uğuruna da “ASK Arena”da imza atmışdı. Ötən mövsüm fevralın 7-dəki qarşılaşmasında 1:0 hesabıyla qalib gələn “Səbail” sonrakı 7 səfər matçında qələbəyə həsrət qalmışdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR