Sizin reklam burada

"Vilyarreal" texniki məğlubiyyət alacaqdı?

Baxış Sayı:119

Azərbaycan futbolu, xüsusən də "Qarabağ" üçün daha bir Avroliqa nağılı başa çatdı. Bu qrup mərhələsinin əvvəlkilərdən fərqi dünyanı cənginə almış, əsrin bəlası deyə biləcəyimiz koronavirusla müşayiət olunması idi. Təəssüf ki, "köhlən atlar" bu sınaqdan üzüağ çıxa bilmədi. Ardıcıl 7-ci dəfə qrupda qalan ağdamlıların vəziyyəti bu dəfə daha acınacaqlı oldu. 4 real, 1 texniki məğlubiyyət, 1 heç-heçə və qrupda sonuncu yer. Bu nəticəyə bir çox amilləri səbəb göstərmək olar. Koronavirus, Vətən müharibəsinə görə ev oyunlarını neytral meydanda keçirmək və futbolçu qıtlığı. Bəxtimizdən rəqiblərdən biri məhz ev oyunlarını keçirdiyimiz qardaş Türkiyənin təmsilçisi – “Sivasspor” oldu. Türklərlə hər iki oyundan məğlub ayrılan “Qarabağ”ın başına ya koronavirus bəla oldu, ya da hakim. Onsuz da ehtiyatda oyunçusu tapılmayan "Qarabağ"ın əsas oyunçuları virusu yoluxaraq səfərə yollana bilmirdi. Hətta Qurban Qurbanov da virusa yoluxduğundan son illər ərzində ilk dəfə komandadan ayrı düşdü.
Aydın məsələdi ki, rəqiblər bizdən açıq-aşkar üstün idi. "Vilyarreal"ın adından zəhm yağır. Baxmayaraq ki, ispanlarla ilk oyunda hesabı açan biz olduq. Elə üstündən 1 dəqiqə keçməmiş qapımızda qol görən də biz olduq. Umumiyyətlə, qrup mərhələsində tək hücumçu ilə oynamaq çətindi. Hələ onu da nəzərə alaq ki, Mahir Emreli bir müddət virusla mübarizə aparıb, meydandakı mübarizədən kənar qalıb.
Keçək əsas məsələyə. UEFA-nın verdiyi qərarlar bizi həmişə dərəyə sürükləyir desək, yanılmarıq. Qrupun son görüşü ərəfəsində komanda kütləvi şəkildə virusa yoluxaraq, səfərə çıxa bilmədi. Aydın məsələdi ki, "Qarabağ" İspaniyadan 3 xal gətirsəydi də, heç nə dəyişməcəkdi. Onsuz da qrupu sonuncu yerdə başa vuracağı məlum idi. Bəs ədalət? Bizim yerimizdə "Vilyarreal" olsaydı, texniki məğlubiyyət alacaqdı?
Qəsdən edilən hərəkət deyildi axı... Dünyanın hər yerində gündəm olan virusa futbolçular yoluxub, futbolçular özlərindən virus icad edib ona yoluxmayıblar axı. UEFA əslində təşəkkür etməlidi ki, ilk yaşandı. Finala vəsiqə qazanan komandanın üzvləri virusa yoluxsa, nəticə necə olacaq? Yenə 3:0?
UEFA belə addımlarla ictimaiyyətə başa salır ki, onun üçün kiçik və böyük komanda anlayışı var, kəsə desək, ayrı-seçkiliyə yol verir. Təbii ki, UEFA-nın qərarı sondu, amma mümkün gəlir, reytinq xalı necə olsun? Hər komandanın, xüsusən də mübarizəni dayandıran komandanın buna ehtiyacı var. Mövzu əslində çox genişdi, hər oyunda hakim səhvi bizi boğaza yığdı, hətta qələbəmizi əlimizdən aldı. "Sivasspor"la matça baxanlar gözəl başa düşdü nəyi deyirəm. Amma nə fayda? Qərar dəyişməzdi. UEFA oyunun tarixini başqa günə dəyişə bilərdi, amma bu variantdan söhbət belə getmədi, dediyim kimi, kiçik və böyük klub anlayışı var.
Bu mövqeyi dəyişmək üçün əzmkar futbolçular lazımdı. Tərif eşidəndən sonra nəinki qapının yerini, özünü itirən futbolçulardan xeyir gəlməz. “Korona”nın müsbət tərəfi də oldu. Ehtiyatda qalan gənc futbolçular meydana çıxaraq sübut etdilər ki, onlar var, sabah üçün nəsə edə bilərlər. Sadəcə, gəncləri düzgün yönəltmək lazımdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR