Veteranlar İttifaqı Rusiya Prokurorluğuna müraciət edəcək

Oqtay Abdullayev: “Böyük biznesin öz oyun qaydaları var”
“Neftçi”nin sabiq futbolçusu, “Dinamo” İdman Cəmiyyətinin Moskva şöbəsinin keçmiş birinci müavini olan Vladimir Mixaylevskinin İspaniyada həbs olunub, Rusiyaya ekstradisiya olunduğunu ötən cümə sayımızda xəbər vermişdik. Rusiya Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, veteran futbolçu böyük miqdarda əmlakın mənimsənilməsində ittiham olunur. İstintaq şöbəsi Mixaylevskinin İdman Cəmiyyətinə 21 milyon rubldan (485 min manat – red.) çox ziyan vurduğunu iddia edir.
Veteran futbolçu ötən əsrin 90-cı illərində Bakını tərk etsə də, heç vaxt Azərbaycanı və vaxtilə çiyin-çiyinə futbol oynadığı komanda yoldaşlarını unutmayıb. Butslarını mıxdan asandan sonra biznesə baş vuran Mixaylevski hər zaman ondan kömək istəyən “Neftçi” veteranlarına yardım əlini uzadıb. 3 il öncə, Maşallah Əhmədov barəsində cinayət işi açılanda Mixaylevski sabiq komanda yoldaşının müdafiəsinə qalxıb, Rusiya Futbol Veteranları İttifaqı adından, SSRİ dönəminin bir çox tanınmış futbolçularının imzası ilə Azərbaycan hakimyyətinə müraciət ünvanlamışdı.
Bəs görəsən, bizim veteranlar Mixaylevskinin müdafiəsi yolunda hansı addımı atmağı düşünürlər? Bu suala aydınlıq gətirmək üçün Veteranlar İttifaqının rəhbəri Oqtay Abdullayevlə əlaqə saxladıq: “Mixaylevskinin həbs olunması hamımızı məyus edib. İttihamda göstərilib ki, o “Dinamo” cəmiyyətinin 21 milyon rublluq əmlakını mənimsəyib. Əslində 21 milyon rubl Mixaylevski kimi iş adamı üçün böyük pul deyil. Təxminən 300 min dollar edir ki, Vladimir onu bu dəqiqə ödəmək iqtidarındadı. Burda məsələ fərqlidi. Məndə olan məlumata görə, Mixaylevski kimlərinsə oyununa düşüb və “yanıb”. Böyük biznesin öz oyun qaydaları var. Hər adam çirkabdan təmiz çıxa bilmir. Hansısa məqamda böyük qüvvələrin maraqları toqquşub ki, bundan da o zərər çəkib. Hələ ki onun günahı sübuta yetirilməyib. Təhqiqat davam edir. Mixaylevski daim azərbaycanlı veteranlarla əlaqə saxlayıb, onların xeyrinə-şərinə yarayıb. Veteranlar İttifaqı onun müdafiəsi üçün məktub hazırlayır. Veteranlar adından Rusiya Prokurorluğuna müraciət ünvanlayacaq, işə obyektiv baxılmasını xahiş edəcəyik”.
RƏŞAD

Son xəbərlər

Şahruddin ən çox seyv edən qapıçılar siyahısında - Avroliqa

Avropa liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı

Millimiz dünya çempionatında ilk oyununa çıxır

"Qarabağ" yenə Azərbaycanın əmsalını artırdı

"Deməyə sözümüz yoxdu" - "Olimpiakos"un futbolçusu

"Belə bir turnirdə səhv edəndə bədəlini ödəyirsən" - Miçel Qonzales

"Bu qalibiyyət hələ heç nə demək deyil" - Qurban Qurbanov

"Qarabağ"ın Pirey fəthi - VİDEO

"Qarabağ" Yunanıstandan böyükhesablı qələbə ilə dönür - YENİLƏNİB

"Dinamo"dan Mahirlə bağlı açıqlama

"Roma"dan Mourinyo qərarı

''Hall Siti'' uğursuz seriyanı bitirdi

Manenin ''Qızıl top'' üçün favoriti kimdi?

“Napoli”də yeni müqavilə

"Olimpiakos" - "Qarabağ" oyunundan öncə azarkeşlər arasında dava - VİDEOLAR

"AFFA İcraiyyə Komitəsi fərqli qərar veribsə, daha nə edək?" - Ağasəlim Mircavadov

Qvardiola Holann ilə bağlı təkzib verdi

“Səbail” yataqxana qalmaqalına aydınlıq gətirdi - AÇIQLAMA

“Çelsi”nin tarixinə düşdü

FIFA Mahir Emrelini cəzalandırdı

Sabiq əfsanələr Ronaldoya görə mübahisə etdi

“Yaşıl meydanlarda zəif olsalar da, AFFA ideoloqları kabinet savaşlarında yığmaya iddialılardan daha güclüdülər” - Tahir Süleymanov

AFFA rəsmisi De Byazi ilə səfərə çıxır

1765 günlük həsrətə son qoydu

Messini arxada qoyub 2-ci yerə çıxdı

Kalabriya ilə Kyaerin aqibəti məlum oldu

Suaresin yeni klubu müəyyənləşdi

Şahin Diniyev İcraiyyə Komitəsinin qərarını düzgün sayır

''Liverpul'' ''Qalatasaray''ın bu oyunçularını izləyir

Klubu ilə yenidən anlaşdı

"Qəbələ" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Gəncəli futbolsevərlərə şad xəbər

Maşallah Əhmədov İqor Ponomaryovun Qurban Qurbanovla bağlı iddiasına cavab verdi

Azı yarım illiyə sıradan çıxdı

UEFA-dan Rauf Cabbarova növbəti təyinat

UEFA Azərbaycanın 7 klubuna ödəmə etdi

Alkaras və Sventek hamıdan öndədi - SİYAHI

“Afinanın küçələrində üzərində “Azərbaycan”, “Qarabağ” yazılan köynəklərdə gəzirik”

“Elçe”də gözlənilən istefa baş tutdu

“Bursaspor”un Namik Ələskərova nə qədər borcu var?

Ukrayna DÇ-2030-u təşkil etmək fürsəti qazandı

Yığmanın baş məşqçi postuna De Byazidən başqa kim namizəd olub? - Vaqif Sadıqov açıqladı

Stankoviç A seriyasına qayıdır

ASCO "Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirdi

AFFA "Qarabağ" və "Neftçi"ni azarkeşlərinə görə 4 min manat cərimələdi

Bütün xəbərlər