Sizin reklam burada

Yunis Hüseynov xəstəxanaya yerləşdirilib

Title

“Keşlə” iki gün öncə baş məşqçi Yunis Hüseynovun koronavirusa yoluxduğunu açıqladı. Klubdan verilən məlumatda mütəxəssisin müalicəsinə başlanıldığı bildirildi. Dünən sağlıq durumu ilə maraqlanmaq üçün Hüseynovun özüylə danışmaq istəsək də, istəyimiz alınmadı.
Qəsəbə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Murad Axundov mütəxəssisin durumu haqda bunları söylədi: “Yunis Hüseynov müalicəsini xəstəxanda, həkim nəzarəti altında davam etdirir. Hazırda vəziyyəti yaxşıdı. Klub baş məşqçinin səhhəti ilə daim maraqlanır, gün ərzində bir neçə dəfə əlaqə saxlayırıq. İnanırıq ki, qısa zamanda sağalaraq işinə qayıdacaq”.
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.