“Səbail”in formasını geyən Kamran Ağayevin atası Adilxan Ağayev vəfat edib. Qapıçının valideyni 72 yaşında koronavirusdan dünyasını dəyişib. Mərhum dəfn olunmaq üçün Şabran şəhərinə aparılıb. Adilxan Ağayev şəhər məktəblərindən birində bədən tərbiyəsi fənnini tədris edib. O, əvvəllər Şabranın "Bərəkət" futbol komandasının baş məşqçisi olub. Mərhum atanın ən böyük arzularından biri Kamranın toyunu görmək idi. Təəssüf ki, lənətəgəlmiş koronavirus bu arzuya çatmağa imkan vermədi. Allah rəhmət eləsin.