Rüstəm Əfsərli “CBC Sport” və şərhçilik haqda danışdı
Şərhçilik kənardan göründüyü qədər asan iş deyil. Burda sıravi tamaşaçının, azarkeşin gözdən qaçırdığı, bəlkə də heç bilmədiyi çoxlu nüans var. Şərhçiləri bəzən şou-biznes nümayəndələrinə bənzədirlər. Çünki onlar tamaşaçıların hansısa oyuna, yarışa baxmasına kömək etməklə yanaşı, həm də auditoriyanı əyləndirməli, bəzən heç baxımlı olmayan qarşılaşmanı sözləri ilə bəzəməlidilər. Təbii ki, burda auditoriyanın səviyyəsi və maraq dairəsi də nəzərə alınır. Məsələn, elə adam var ki, çılğın şərhləri sevir, bəziləri əksinə, nisbətən sakit üsluba üstünlük verir. Belədə əsas yük yenə də şərhçilərin üzərinə düşür.
Bəzi məqamlar ətrafında söhbətləşmək üçün “CBC Sport”da şərhçilər qrupuna rəhbərlik edən, səs tembri və futbol biliyi ilə diqqət mərkəzində olan Rüstəm Əfsərlini seçdik. Onunla müsahibənin ilk hissəsini təqdim edirik.
- “CBC Sport”un şərhçilər qrupunun rəhbərisən. Oyunları hansı prinsiplə bölüşdürürsən?
- Bəribaşdan deyim ki, şərhçilər qrupunun rəhbəri olmaq daha çox texniki vəzifədi. Hazırda kanalda 16 şərhçi fəaliyyət göstərir. Tam anlamı ilə şərhçi deyə biləcəyimiz insanları nəzərdə tuturam. Düzdü, onlardan bəziləri “Xəbərlər” Departamentində müəyyən vəzifələr tuturlar. Kimi müxbirdi, kimi aparıcıdı. Buna baxmayaraq, şərhçilik də edirlər. Bəziləri də ekspert və şərhçi kimi özlərini göstərirlər. Ayın sonunda qonorarla bağlı təqdimat hazırlananda müxtəlif veriliş və filmlərin səslənməsində iştirak edənlərin siyahısı nəzərə alınır. Oyunların bölüşdürülməsi zamanı hər şeydən əvvəl ədalət prinsipi nəzərə alınmalıdı və alınır da. Çalışırıq hər kəs ay ərzində müəyyən qədər oyun şərh etsin. Ancaq şərh naminə kimisə şərhə çıxarmaq da siyasətimizə ziddi. Təbii, obyektiv və subyektiv səbəblərdən birinci, yüksək kateqoriya sayılan şərhçilər var ki, onların təcrübəsinə güvənirik, belələrinə müəyyən güzəştlər olur. Onların adını çəkə də bilərəm, çəkməyə də. Yəqin hamınız anlayırsız söhbət kimlərdən gedir. Bu kateqoriyadan olan şəxslər, şübhəsiz, mərkəzi, auditoriyası geniş olan, ən reytinqli oyunlara təyinat alır. Bu həmçinin ictimai tələbatdı. Çempionlar Liqasının final qarşılaşmasıdısa, bura ən yaxşı şərhçi təyin olunmalıdı. Və yaxud yığmanın, Azərbaycan klubunun avrokuboklarda taleyüklü qarşılaşması, premyer-liqanın mərkəzi oyunu zamanı, təbii ki, top səviyyəli şərhçi olmalıdı. Bəli, onların sıraları artıq genişlənir. Tutaq ki, bir il, ilyarım əvvəl top şərhçilər arasında Gündüz Abbaszadəni, Şəmsəddin Abbasovu, Elnur Məmmədlini, Pərviz Musayevi, vaxtilə bizim telekanalda çalışmış Rövşən Binnətlini görürdüksə, yavaş-yavaş onların sıraları genişlənir. Sonradan bizə şərhçi müsabiqəsində qalib gələrək qoşulmuş Ramin Cahangirov və Süleyman Əliyevi, öz yetirməmiz olan, televiziyanın sirlərini sırf “CBC Sport”da öyrənməyə başlamış Nurlan Valehoğlunu da bu cərgəyə qoşardım. O biri yoldaşların da bu sıraya qoşulmaq şansının olduğunu vurğulamalıyam. Prinsipimiz odu ki, ən yaxşı, ən reytinqli oyunlara ən yaxşı şərhçilər təyin olunmalıdı.
- Yayın təşkil etdiyiniz xarici çempionatlar üzrə bölgü necə aparılır? Kimin həmin çempionatla bağlı daha çox məlumatlı olması nəzərə alınır, yoxsa növbə gözlənilir?
- Xarici çempionatlar, həmçinin Azərbaycan premyer-liqasının oyunlarına təyinatla bağlı əvvəlki sualda qismən cavab verdim. Bizim telekanalda Azərbaycan premyer-liqası ilə yanaşı, İtaliya, İspaniya çempionatları, Çempionlar Liqası, Avropa Liqası, yığmanın və klubların beynəlxalq oyunları yayınlanır. Və əlbəttə, bu liqalardan daha məlumatlı olanlar həmin matçlara təyinat alır. Deməzdim ki, bizdə tam kəsici bölgü var. Yəni filankəs filan liqanın oyununu şərh etməlidi. Bizdə universallar çoxdu. Elə şərhçilərimiz var ki, nəinki adını çəkdiyim liqaları, eləcə də başqa idman növlərini şərh edə bilər. Amma şübhəsiz, həm şəxsi maraqlar, həm də gündəlik fəaliyyət prizmasından yanaşanda hansısa şərhçiyə hansısa liqa yaxın görünür. Təbii ki, təyinat zamanı da bu prinsipi əsas götürməyə çalışırıq. Amma bu hansısa formada əl-qolumuzu bağlamır. Qeyd etdiyim kimi, “CBC Sport”da şərhçilərin böyük əksəriyyəti universaldı.
- Çoxları elə düşünür ki, futboldan başın çıxırsa və səsin efirə uyğun gəlirsə, şərhçi ola bilərsən.
- Səs Allah, tanrı vergisidi. Bəlkə də təbiətin insana bəxş etdiyi xoşbəxtlikdi. Fikrimcə, buna çox prinsipial, önəmli yanaşmaq doğru deyil. Əlbəttə, şərhçinin səsinin xoşagələn olması, zövqləri oxşaması müsbət amildi. Hamının qəbul etdiyi səs tembrinə sahib olmaq yaxşı şərhçi olmaq yolunda müəyyən mənada şansları artıran nüansdı. Ancaq səs hər şey demək deyil. Hər şeydən əvvəl şərhçinin məlumatlı olması, predmeti bilməsi, axıcı nitqi, doğma dilimizə hakim olması, Azərbaycan dilinin tələffüz qaydalarını bilməsi vacibdi. Bunlarsız mümkün deyil. Dünyada, elə Azərbaycanda da şərhçilər tamaşaçılar tərəfindən yaxşı, məlahətli səsinə görə sevilir, qəbul olunur. Amma baxırsan ki, həmin şərhçi səsindən başqa heç nə ilə öyünə bilmir. Şərhçi də var ki, səsi bəlkə də çoxlarının xoşuna gəlmir. Ancaq nitq qabiliyyəti, həmçinin şərh etdiyi yarışla bağlı çox məlumatlı olması onu publikaya sevdirir. Bütün bunlar detallardı. Şərh bir tamaşadı. Bu tamaşada bütün elementlərin olması vacibdi. Şərh mədəniyyəti çoxlarının bəlkə də önəm vermədiyi kiçik detallardan formalaşır. Kimsə çox gözəl, kimsə çox həyəcanlı, kimsə də analitik danışıq tərzi ilə audotiriyanı ələ ala bilər. Yaxşı olardı ki, bütün bu komponentlər bir şərhçidə yer alardı. Həmin şərhçi başqalarıyla müqayisədə daha çox uğur, sevgi, məhəbbət qazana bilər. Biz buna qədər bir dəfə sırf şərhçilər müsabiqəsi təşkil etmişik. Eksklüziv olaraq “Futbol+”ə bildirim ki, daha birini də yaxın vaxtda keçirməyi planlaşdırırıq. İlk müsabiqə bir neçə pillədən ibarət idi. Əvvəlcə biz təcrübəli şərhçilər və rəhbərliklə birgə bizə CV göndərmiş insanları bir auditoriyada qəbul etdik, tanış olduq. Əslində birinci mərhələ СV vermək idi. Çünki insanın özü haqda yazması onun müyyən mənada həm savadını, həm dünyaya baxışını, həm də müəyyən proseslərə yanaşmasını özündə əks etdirir. Sizə deyim ki, bəzi СV-lərdə adi şəkil belə yox idi. Elə adamların CV-sinə rast gəldik ki, həmin şəxsin nəinki idmanın hansısa növü, ümumiyyətlə, bu sahə ilə heç bir əlaqəsi yox idi. Ancaq müraciət etmişdi. Onların heç də hamısını qatlayıb zibil qutusuna atmadıq. Aralarından diqqətimiz cəlb edənləri müsabiqəyə çağırdıq. Təbii ki, bu məsələdə intuisiya da rol oynadı. Növbəti mərhələdə təcrübəli şərhçilər və rəhbərliklə birgə həmin adamın özünü necə təqdim etməsinə baxdıq. Müsabiqəyə qatılan şəxsə predmetə, maraq dairəsinə uyğun bir neçə sual verdik. Məqsədimiz həmin adamın dünyaya baxışını müəyyənləşdirmək idi. Və həmin an artıq biz bilirdik ki, kimlər nəyə qadirdi. Yekunda 40 nəfəri seçdik və onlar da nəzəri imtahandan keçməli oldu. Təxminən 25-30 sual ünvanladıq. Bu mərhələnin suallarını 70-75 faiz cavablayanlar növbəti, praktiki sınağa cəlb olundular. Onlara da 20 dəqiqəlik futbol matçı təqdim olundu ki, şərh etsinlər. Yeri gəlmişkən, hamıya eyni oyun təqdim olunmuşdu. Şübhəsiz, ilk dəfə oyun şərh edən adam Gündüz, Şəmsəddin səviyyəsində olmayacaqdı. Bunu biz əvvəlcədən bilirdik. Ancaq onun səsində, nitqində elementlər görə bilərdik. Bizə göndərilən 400 müraciətdən yekunda ikisini seçdik ki, bunlar Ramin və Süleyman oldu. Artıq üçüncü mövsümdü “CBC Sport”da uğurla çalışırlar.
- Hazırda bizdə auditoriya ikiyə bölünüb. Birinci qismə aid olanlar mənim kimi orta və yaşlı nəsli təmsil edir ki, Rusiya şərhçi məktəbini xoşlayır. Bugünkü gəncliyin zövqü isə fərqlidi. Gənclər daha çox Türkiyə şərhçilərinin üslübuna üstünlük verirlər ki, burda da hisslər böyük rol oynayır. Bir tərəfdə analitika və efiri bəzəyən məlumatlar, bir tərəfdə də az qala qışqıran həyəcan. “CBC Sport”un şərhçiləri hansı yolu daha münasib görür?
- Düzü, mən auditoriyanın seçimini yaşla bağlamazdım. Mən bunu orta, yaşlı və yaxud gənc nəslin seçimi ilə yox, daha çox dil bilgisi ilə əlaqələndirərdim. Niyə yaşlı və orta nəsil daha çox rus dilində şərhə üstünlük verir? Çünki onlar o şərhçiliklə böyüyüblər. Yaşı 30-dan yuxarı olanların çoxunun ilk gördüyü və dinlədiyi rus şərhçilər olub. Onları da qınamıram. Əvvəlcə SSRİ, sonra da Rusiya telekanallarında futbol izləyiblər. Daha aşağı yaşlılar isə Türkiyə futboluna məhəbbət üzərində yetişib. “Qalatasaray” və Türkiyə yığması böyük turnirlərdə iştirak edib və bizim gənc nəsil də gözünü açanda onları görüb. Bunu açıq-aydın etiraf edək ki, cəmiyyətimiz nəinki futbolda, başqa sahələrdə də ikiyə bölünüb. Rus və türk dili yönümlü insanlar. Adi evlərdə qurulan peyk antenlərindən bunu hiss etmək mümkündü. Birində rus və qərb, digərlərində isə Türkiyə kanalları üstünlük təşkil edir. Şərhçiliyə gəlincə, məncə, bu artıq mifə çevrilib. Son vaxtlar Türkiyədə də oyun zamanı detallı şəkildə məlumat verən şərhçilər görürəm. Rusiyada isə əksinə, hadisələri təqib edən şərhçilərin sayı artıb. İstəməzdim ki, bizim şərhçilər hanısa üslub üzərində dayansınlar və “belə danışmalıyıq, belə olmalıyıq” düşünsünlər, özlərinə məhdudiyyət qoysunlar. Şansımız onda gətirib ki, həm türk, həm də rus dilində çox gözəl danışırıq. Elə şərhçilərimiz var ki, fransız, italyan, ingilis dillərində mükəmməl bilir. Əcnəbi şərhçilərdən nə qədər çox yaxşı məqamlar götürsək, bu bizim qazancımızdı.
(davamı olacaq)
RƏŞAD

Son xəbərlər

PSJ Messiyə bu müqaviləni təklif etdi

"Olimpiakos"un "Qarabağ"ı məğlub edəcəyinə inanıram" ""Xəzər Lənkəran"ın sabiq futbolçusu

Millimizin oyununu idarə edəcək hakimlər açıqlandı

"Olimpiakos"un yeni transferi "Qarabağ"la oyuna çıxa bilər

Arda Turan üçün vida oyunu keçiriləcək

İngiltərə millisində ayrılıq

"Spartak" 5 illik seriyaya son qoydu

Elxan Abdullayev köməkçisini qovdu - AÇIQLAMA

Gəncə klubunun uğursuz çıxışının iki səbəbi var – AÇIQLAMA

Xaliq Mərdanov oğlunun avtoqoluna münasibət bildirdi - AÇIQLAMA

"Qarabağ"ın rəqibindən növbəti transfer

Rauf Əliyev “Kəpəz-2”də debüt oyununda necə təsir bağışlayıb? - AÇIQLAMA

"Ayağımızı yorğanımıza görə uzadırıq" - Azər Həşimov

Altıntop ayrılmaq əvəzinə yeni planlar qurur

“Beşiktaş”ın baş məşqçisi qapıçılarına güvənir

“Fənər” fanatları derbiyə buraxılmayacaq

Federer getdi, bəs Nadalla Cokoviç?

Adetokunbo Karrini ən güclü sayır

Dünya şahmatında növbəti böyük qalmaqal

AFFA-nın stadion seçimi turnirin statusu və rəqiblərin reytinqinə bağlıdı

Sabah AFFA-da iclas olacaq

Sabiq TFF rəsmisi Kuntsla Altıntopu “yıxıb-sürüdü”!

Montella Türkiyə çempionatını təriflədi

Sprint yarışlarının sayı artırıldı

PFL çempionatı daha maraqlı etmək üçün klublarla görüşür - AÇIQLAMA

Ölkə derbisinin biletləri satışa çıxarılır

"Zirə-2"dən səfər qələbəsi - VİDEO

Beşqat olimpiya çempionu ölkəni tərk etdi

Yunis Hüseynov AFFA İcraiyyə Komitəsinin üzvü ilə razılaşmadı – AÇIQLAMA

Messidən azarkeşə gözəl hədiyyə

Çağlar Söyüncü hansı kluba keçəcək?

Son çempiondan darmadağın - YENİLƏNİB

Sənan Qurbanov: "Olduqca yanlış, qərəzli yanaşmadı”

Muslera ''Qalatasaray''da tarix yazmaqda davam edir

Mahir Məmmədov: “De Byaziyə verdiyimiz maaşı yerli mütəxəssislərə təklif etsək, yığmanın baş məşqçisi olmaq istəməzlər”

“Borussiya” oyunçusuna qiymət qoydu

"Qarabağ"ın təsisçisinin dəyişməsi ilə bağlı yekun qərar

TFF qərarını dəyişdi

Dünya çempionatında iştirak edə bilməyəcək

“Valensiya”da yeni futbolçu

Benzema mükafat bolluğuna düşdü

Fiqu göyün 7-ci qatında futbol oynadı!

Vaqif Sadıqov: “Bəlkə De Byazi burda qalmaq istəmir, hardan bilirsiz?” - AÇIQLAMA

Fanatlar Türkiyə millisinin başında kimi görmək istəyir? - SORĞU

“Çelsi”nin oyunçusu məşqlərə başladı

Bütün xəbərlər